خبرگزاری شبستان

شنبه ۵ خرداد ۱۳۹۷

السبت ١٢ رمضان ١٤٣٩

Saturday, May 26, 2018

Servis xəbərlərinin titri

Tehran cümə namazı xütbələri

Şəbistan Xəbər Agentliyi: Tehranın müvəqqəti imam cüməsi İranın inkişafının amerikalıları əsəbiləşdirdiyini söyləyib və deyib: ABŞ rəsmiləri öz əsəbiliklərindən öləcəklər.

Servis Əsas səhifə Zaman :   Tuesday, March 13, 2018 Xəbər kodu : 32849

Dini maarif və təlimlərin incisi Quran və Əhli-Beytdir
Şəbistan Xəbər Agentliyi: Quran və Əhli - Beytlə daima ünsiyyətdə olmaq onların həyatverici və insan tərbiyə edən mesajlarını alıb üzərində fikirləşmək, yəni bu iki ağır mirasdan bəhrələnmək yaddan çıxmasın.

 

 

Şəbistan Xəbər Agentliyi xəbər verir ki, Ayətullah Hüseyn Məzahiri ruhani və ilahiyyatçilərin qarşısındakı çıxışında onlara dəyərli tövsiyələr verərək dedi: Dini tələbələr cavanlığı bir fürsət saysınlar. Tənbəllikdən, süstlükdən çəkinsinlər. Bütün böyük və kiçik fürsətlərindən elmi tədqiqatlar üçün istifadə etsinlər. Əxlaq və ədəb yolunda addım atsınlar. Mətanət və fəzilətlərə sahib olsunlar. Bunun üçün nəfslərini təmizləsinlər.

 

 

Dini təlimlər və dini maarifin əsas, gövhər və incisi Quran və Əhli - beytdir. Bu yolda elmi və əməli səylərinizi əsirgəməyin. Bilin ki, insanlar alimlər və ruhanilərin əxlaq və əməllərinə fikir qoyurlar və onlardan təsir götürürlər. Buna görə də hərtərəfli olaraq özünüzə diqqət yetirin.

 

 

Quran və Əhli - Beytlə daima ünsiyyətdə olmaq onların həyatverici və insan tərbiyə edən mesajlarını alıb üzərində fikirləşmək, yəni bu iki ağır mirasdan bəhrələnmək yaddan çıxmasın.

 

 

O, sonra vurğuladı ki, tələbələr müasir dövrün tələbatına, günün yeniliklərinə aşina olmalı, bir sıra nəzəri və fəlsəfi fikirlərə düzgün cavab vermək qüdrətinə malik olmalıdırlar. Belə edərlərsə, müasir dünyanın elmi problemlərini həll edib öz yoluna qoymuş olarlar.

 

 

Alim daha sonra bu müqəddəs yolda din adamlarına müvəffəqiyyət dilədi və onları xeyirxah işlərə, saleh əmələ səslədi. Bu yolda Həzrəti Mehdi (ə) - in, zəmanənin imamının sadiq elmi əsgərləri olmalarını arzuladı.

 

 

http://shabestan.ir/detail/News/695192

 

اقتراحات

Ad :
Email:(Vacib deyil)
Şərhin mətni:
Göndər

نظرات ارسال شده