خبرگزاری شبستان

چهارشنبه ۲۴ مرداد ۱۳۹۷

الأربعاء ٤ ذو الحجّة ١٤٣٩

Wednesday, August 15, 2018

Servis xəbərlərinin titri

Şəbistan xəbər verir

Məscidin zühura kadr hazırlamaqda rolu

İmam Mehdinin (ə) kərim dövlətində məscid İmamın hakimiyyətinin mərkəzi və yaşadığı yer olduğuna görə qeybət dövründə də məscidlər müntəzirləri əsas təlim və tərbiyə mərkəzlərindən olmalıdır. Məscidlər zühur üçün kadr hazırlamalıdır.

Servis Əsas səhifə Zaman :   Tuesday, March 13, 2018 Xəbər kodu : 32848

Mömin çətinliklərin qarşısında səbirlidir
Şəbistan Xəbər Agentliyi: Möminlər də həmişə problemlər və çətinliklərin qabağında səbirli olmalıdırlar. Tarix keçmişdəkilərdən ibrət götürmək üçün söylənilməlidir. Mömin heç vaxt məyus olmamalı və hər zaman ümidlə çalışmalıdır.

 

 

Şəbistan Xəbər Agentliyi xəbər verir ki, Ayətullah Seyid Əhməd Mir İmadi təfsir dərslərində səbir və müqaviməti izzət, qələbə və başucalığın yol və səbəbi saydı və bildirdi ki, möminlər problemlərin və çətinliklərin qarşısında həmişə səbirli və mətanətlidirlər.

 

 

O, Nuh Peyğəmbəri və İmam Hüseyn (ə)-ı misal vurdu: Nuh Peyğəmbər kitab və şəriətə sahib olan peyğəmbərlərdən biridir. Allah 40 kərə onun adını Quranda zikir etmişdir. 6 surədə onun haqqında danışılır. Yəni dastanı söylənilir. O, insanları küfr və zəlalətdən qurtarmaq üçün 950 il təbliğ etdi, lakin ona iman gətirmədilər. Əzab istədikdə, Allah ona gəmi düzəltməyi əmr etdi. İş tamam olandan sonra tufan qalxdı. İman gətirənlər nicat tapdılar. Kafirlər isə məhv oldular. Tufan yatdıqdan, su çəkildikdən sonra gəmi yerə oturdu. Yer üzündə həyat büst - bütün məhv olmuşdu. Lakin bütün bunlara baxmayaraq Allah onlara verdiyi sağlamlıq əhdinə vəfa etdi. Və Nuha vəhy etdi ki, biz bərəkətimizi sənə nazil etmişik; qövmünə və səninlə olana birlikdə nazil etmişik.

 

 

Allahın qəhr və əzabı həmişə mehr və məhəbbəti ilə birlikdədir. O, Nuhun qövmünə əzab etsə də, başqa birilərinə, elə həmin qövmdə olanlara rəhmətini göstərdi.  Deməli, möminlərin mehri və qəzəbi birlikdə olmalıdır.

 

 

İmam Hüseyn (ə) - da xalqı zəlalətdən və cəlalətdən uzaqlaşdırmaq üçün qiyam etdi.

 

 

Möminlər də həmişə problemlər və çətinliklərin qabağında səbirli olmalıdırlar. Tarix keçmişdəkilərdən ibrət götürmək üçün söylənilməlidir. Mömin heç vaxt məyus olmamalı və hər zaman ümidlə çalışmalıdır.

 

 

http://shabestan.ir/detail/News/695317

 

اقتراحات

Ad :
Email:(Vacib deyil)
Şərhin mətni:
Göndər

نظرات ارسال شده