خبرگزاری شبستان

چهارشنبه ۲۴ مرداد ۱۳۹۷

الأربعاء ٤ ذو الحجّة ١٤٣٩

Wednesday, August 15, 2018

Servis xəbərlərinin titri

Şəbistan xəbər verir

Məscidin zühura kadr hazırlamaqda rolu

İmam Mehdinin (ə) kərim dövlətində məscid İmamın hakimiyyətinin mərkəzi və yaşadığı yer olduğuna görə qeybət dövründə də məscidlər müntəzirləri əsas təlim və tərbiyə mərkəzlərindən olmalıdır. Məscidlər zühur üçün kadr hazırlamalıdır.

Servis Əsas səhifə Zaman :   Tuesday, March 13, 2018 Xəbər kodu : 32846

Düşmən ruhaniləri hədəf seçmişdir
Şəbistan Xəbər Agentliyi: Düşmənlər ruhaniləri hədəf seçmişlər. Çünki düşmənlər ruhanilərin simasını və adını ləkələməklə onları xalqdan ayırmaq və xalqa verdiyi istiqamətləndirmə və yol göstərmələrinin qarşısını almaq istəyirlər.

 

 

Şəbistan Xəbər Agentliyi xəbər verir ki, Ayətullah Seyid Yusif Təbatəbai Nejad İranın İsfəhan şəhərində keçirilən ruhanilərin toplantısında çıxış etdi. O, öz çıxışında valideynlərə övladlarını dini hövzələrdə oxumağa və təhsil almağa həvəsləndirməyə tövsiyə edərək dedi: Ruhanilər cəmiyyəti istiqamətləndirməkdə, zalim qüvvələrin qarşısında dayanmaqda böyük təsir və rola malikdirlər. Onlar tarixdə belə olmuş və indi də bu fəaliyyətləri davam etdirirlər.

 

 

Ruhaniyyət kəsimi ölkənin ən ümdə və taleyüklü məsələlərdə həmişə öncə gedmişlər.

 

 

Hal - hazırda ruhani azlığı ilə üzləşirik. İsfəhanın özündə, misal olaraq, 9 min ruhani elmi mədrəsələrdə təhsil alıb. Lakin bunlar cəmiyyətin ehtiyaclarını asan bir şəkildə ödüyə bilmiyəcəklər. Buna görə də yeniyetmə və gənclərin dini elmlər hövzəsində təhsil almağı üçün cəzb edilməsi və bu yolda həvəsləndirilməsi zəruridir. Ailələr bu vəzifəni yerinə yetirməlidirlər. Onlar öz övladlarını dini elmlər hövzəsində təhsil almağa həvəsləndirsinlər. Beləliklə də öz övladlarının xümusunu da (dinin təbliği üçün övladlarını ruhanilərin cərğəsinə qoşmaq nəzərdə tutulur – red.) versinlər.

 

 

O, daha sonra “ruhani azlığını, misal olaraq, özünü məktəblərdə təşkil edilən camaat namazlarında göstərdiyini” deyərək, “ruhanilərin olmaması üzündən müəllimlərin imam camaat durmasını” misal çəkdi. Bildirdi ki, orta məktəblərdə ruyanilər və ilahiyyaətçilərin olması həm camaat namazı, həm də ki şəri məsələləri həll etmək üçün olduqca təsirlidir.

 

 

Düşmənlər ruhaniləri hədəf seçmişlər. Xalq onların şayiələrinə diqqət etməməli, düşmənin hiylələrinə uymamalı və yalanlarına inanmamalıdır. Çünki düşmənlər ruhanilərin simasını və adını ləkələməklə onları xalqdan ayırmaq və xalqa verdiyi istiqamətləndirmə və yol göstərmələrinin qarşısını almaq istəyirlər.

 

 

http://shabestan.ir/detail/News/695191

 

اقتراحات

Ad :
Email:(Vacib deyil)
Şərhin mətni:
Göndər

نظرات ارسال شده