خبرگزاری شبستان

سه شنبه ۱ آیان ۱۳۹۷

الثلاثاء ١٣ صفر ١٤٤٠

Tuesday, October 23, 2018

Servis xəbərlərinin titri

Ayətullah Xamenei iqtisadi problemlərin həlli üçün ciddi qərarların verilməsini tələb etdi

Şəbistan Xəbər Agentliyi: İran prezidenti, parlament spikeri, Məhkəmə Sisteminin rəhbəri və İqtisadi Kordinasiya Şurasının üzvlərinin görüşü Ali Rəhbər Ayətullah Xameneinin hüzurunda keçirilib.

Servis Əsas səhifə Zaman :   Tuesday, March 13, 2018 Xəbər kodu : 32845

Düzgün fikirləşmək səriştəsi gənc nəsili sığortalıyır
Şəbistan Xəbər Agentliyi: Hər hansı bir uşaq həyatının ilkin çağlarından, yeniyetmə vaxtlarından arqument gətirmək və əqli nəticə çıxartmaq, məntiqi düşünmək əhli olarsa, əslində onda fəlsəfi düşüncə qabiliyyəti möhkəmlənmişdir.

Şəbistan Xəbər Agentliyi xəbər verir ki, son zamanlar İranın məşur filosofları arasında “Uşaqlar üçün fəlsəfə” mövzusunda müzakirələr qızışmaqdadır.

 

 

Şəbistan Xəbər Agentliyi mütamadi olaraq bunla bağlı olan materialları oxuculara çatdırmışdır.

 

 

Qeyd etməliyik ki, uşaqlar üçün fəlsəfə dedikdə, bu iki mənada başa düşülər. Biri daha çox qərbdə yayılmış və orada populyar olan mənadır. O da bundan ibarətdir ki, uşağın əqli və rasional inkişafına xüsusi əhəmiyyət vermək lazımdır. Bu yanaşmada uşağı fikirləşməyə, düşünməyə həvəsləndir və vadar edirlər ki, onda əqli nəticə çıxartmaq və arqument söyləmək qüdrəti yüksəlsin.

 

 

Hər hansı bir uşaq həyatının ilkin çağlarından, yeniyetmə vaxtlarından arqument gətirmək və əqli nəticə çıxartmaq, məntiqi düşünmək əhli olarsa, əslində onda fəlsəfi düşüncə qabiliyyəti möhkəmlənmişdir.

 

 

Əlbəttə düşünmək qüdrəti o demək deyil ki, uşaqlara fəlsəfi terminləri başa salaq ya Kantın, Dekartın, Şeyx İşraqın, Molla Sədranın... nə dediyini uşağa təlqin edək. Bu yanaşma isə ikinci bir yanaşmadır. Bu olduqca səhvdir.

 

 

Yəni əsas məqsəd bundan ibarətdir ki, fəlsəfi terminlər və fəlsəfi düşüncələri düzgür təfəkkür qalibində və formasında uşaqlara qavradaq. Yəni övladlarımız fəlsəfə oxumadan və onun terminlərini bilmədən məsələn, dəqiq bilsinlər ki, aləmdə hər bir şeyin əsl və kökü vücud və varlıqdır. Varlığın müəyyən dərəcə və mərhələsi ola bilər. Onun bəziləri sonradan əmələ gələn – hadis, bəziləri isə əvvəldə olan – qədimdir.

 

 

http://shabestan.ir/detail/News/695147

اقتراحات

Ad :
Email:(Vacib deyil)
Şərhin mətni:
Göndər

نظرات ارسال شده