خبرگزاری شبستان

شنبه ۲۴ آذر ۱۳۹۷

السبت ٧ ربيع الثاني ١٤٤٠

Saturday, December 15, 2018

Servis xəbərlərinin titri

Ayətullah Xamenei iqtisadi problemlərin həlli üçün ciddi qərarların verilməsini tələb etdi

Şəbistan Xəbər Agentliyi: İran prezidenti, parlament spikeri, Məhkəmə Sisteminin rəhbəri və İqtisadi Kordinasiya Şurasının üzvlərinin görüşü Ali Rəhbər Ayətullah Xameneinin hüzurunda keçirilib.

Servis Əsas səhifə Zaman :   Monday, March 12, 2018 Xəbər kodu : 32843

İranın Londondakı səfirliyinə hücum İngiltərənin qurduğu oyundur
Şəbistan Xəbər Agentliyi: İran Milli Təhlükəsizlik Ali Şurasının katibi İranın Londondakı səfirliyinə hücumu İngiltərə dövlətinin Ərəbistan vəliəhdinin bu ölkədən on dörd milyard funt-sterlinq dəyərində silah satın almasına cavabı adlandırıb.

 

 

əbistan Xəbər Agentliyinin məlumatına görə, İran Milli Təhlükəsizlik Ali Şurasının katibi Əli Şəmxani bu gün jurnalistlərlə müsahibədə İngiltərə polisi və dövlətinin İranın Londondakı səfirliyinə hücum qarşısındakı zəifliyinin səbəbi barədə belə deyib: Ərəbistan vəliəhdi Muhəmməd bin Salmanın İngiltərədən on dörd milyard funt-sterlinq dəyərində silah satın alması bir təhər cavablandırılmalı idi ki, onun ən biabırçı forması, İranın Londondakı səfirliyinə hücum oldu.

 

 

Şəmxani Ərəbistan vəliəhdinin İrana və İslam müqavimətinə qarşı sözlərinə reaksiyada deyib: Sionist rejim və Amerika regionda terrorizmə rəvac verirlər, Ərəbistan vəliəhdi isə günahları regionda sülh və sabitliyin təminedicisi olan İranın üzərinə atır.

 

İran Milli Təhlükəsizlik Ali Şurasının katibi söyləyib: Ali-Səud rejimi, sionist rejim və Amerika özlərinin siyasi həyatları boyu təkfirçi qrupları yayaraq, İslam dünyasında qanlı sərhədlər yaradıblar.

 

 

Bildiyiniz kimi, Özünü "Şirazi" firqəsinin tərəfdarı adlandıran bir qrup şəxs cümə günü axşam İranın Londondakı səfirliyinə hücum edib.

 

 

İran İslam Respublikası Xarici İşlər Nazirliyinin sözçüsü Bəhram Qasemi cümə günü gecə İranın Londondakı səfirliyinə hücum edənlərin həbs olunmalarından xəbər verib və bildiribdir ki, bu şər hərəkət başa çatıbdır.

 

 

"İngilis şiəsi" də adlandırılan "Şirazi" firqəsi Sadiq Şirazi adında bir şəxsin təsiri altındadır. Bu firqə sünni əhlinin müqəddəslərinə də hörmətsizlik edir.

 

 

http://shabestan.ir/detail/News/695382

 

اقتراحات

Ad :
Email:(Vacib deyil)
Şərhin mətni:
Göndər

نظرات ارسال شده