خبرگزاری شبستان

یکشنبه ۳ تیر ۱۳۹۷

الأحد ١١ شوّال ١٤٣٩

Sunday, June 24, 2018

Servis xəbərlərinin titri

Əxlaq ustadı Höccətül-İslam Əli Əkbər Musəvi Hüseyninin ölümü münasibətilə

Ayətullah Xamenei başsağlığı verib

Şəbistan Xəbər Agentliyi: Ali Rəhbər Ayətullah Seyid Əli Xamenei imanlı alim və əxlaq ustadı mərhum Höccətül-İslam Hacı Şeyid Əli Əkbər Hüseyni Musəvinin vəfatı münasibətilə başsağlığı verib.

Servis Əsas səhifə Zaman :   Sunday, March 11, 2018 Xəbər kodu : 32840

Hanri Korbeninin nəzərində Məhdəviyyət
Şəbistan xəbər agentliyi: Mən “Qeyb olmuş imam” məfhumunu öz avropalı dərkimlə yeni bir formada hiss və dərk edirəm. Təfəkkürümə və qəlbimə belə ilham olur ki, Onun bəşərin mənəvi həyatı ilə həqiqi əlaqəsi vardır.

Şəbistan xəbər agentliyinin Tehran şəhərinin Mehdi mövud (ə) mərkəzinə istinadən verdiyi məlumata əsasən Professor Henri Korben (1903-1978) Avropada mənəvi hikməti və İslam fəlsəfəsini izah edən ən görkəmli alimlərdəndir. O, Əllamə Təbatəbai ilə tanışılığı əsasında  şiə məktəbindəki bir çox həqiqətləri anlamışdır. Beləki bəzən bir şiə kimi şiə məzhəbini müdafiə edirdi.

İndi isə onun Məhdəviyyət haqda fikirlərini nəzərdən keçirək.

Müqəddimə

 Bu gün Avropa müxtəlif problemlərlə üz-üzədir. Amma indiyə qədər Məhdəviyyət hikmətinə ehtiyac duyduğu kimi heç bir ideolgiyaya ehtiyac dymayıb. Məzmun cəhətdən mislsiz, qlobal və ədəbi  sahib təlimlərə və ümidverici və İlahi ədalətə və əmin-amanlığa malikdir. Burda belə bir sual yarana bilər ki, kifayət qədər əqli və nəqli dəlillərə sahib olan Məhdəviyyət mövzusu bir fransız şərqşünası üçün nə qədər əhəmiyyət kəsb edə bilər? Qısaca cavab verə bilərik ki, qeyri-müsəlman alimləri dünyadakı şiəliklə mübarizəyə görə şiəlikdə olan mislsiz fikirlərdən xəbərsizdirlər.

 Hanri Kobenin Məhdəviyyət etiqadından təsirlənməsi

Hanri Korben Avropada şiəliyi tanıtdırır və çıxışlarında və konfranslarda şiəliyi dəstəkləyir və müdafiə edirdi. O, şiəliyə çox yaxın idi. O, Əllamə Təbatəbai ilə tanışlığı nəticəsində və şiə etiqadı və xüsusi ilə İmam Zaman (ə) etiqadı onu tamamilə dəyişmişdi. Əllamə buyururdu: Hanri Korben əksər hallarda Səhifəyi-məhdiyyəni oxuyur və ağlayırdı. O, pak və sağlam ruhlu insan idi. Səhifəyi-Səccadiyyəni dəfələrlə oxuyur və ağlayırdı. (Əllamə Tehrani, s 46-49)

Korben İmam Zaman (ə) haqda deyirdi: Mən “Qeyb olmuş imam” məfhumunu öz avropalı dərkimlə yeni bir formada hiss və dərk edirəm. Təfəkkürümə və qəlbimə belə ilham olur ki, Onun bəşərin mənəvi həyatı ilə həqiqi əlaqəsi vardır. http://shabestan.ir/detail/News/695102

اقتراحات

Ad :
Email:(Vacib deyil)
Şərhin mətni:
Göndər

نظرات ارسال شده