خبرگزاری شبستان

چهارشنبه ۴ مهر ۱۳۹۷

الأربعاء ١٦ المحرّم ١٤٤٠

Wednesday, September 26, 2018

Servis xəbərlərinin titri

“Hər gün Aşura və hər yer Kərbəladır” şüarının Fərəc duası ilə əlaqəsi

Şəbistan Xəbər Agentliyi: Həzrəti Mehdi (ə) - ın yolunu gözləyən müntəzirlərin qurduğu həyat tərzi, yəni intizar üzərində qurulan yaşam tərzi ilə aşura mədəniyyəti arasında hansı əlaqələr vardır?

Servis Əsas səhifə Zaman :   Sunday, March 11, 2018 Xəbər kodu : 32837

Məscid tədbirləri gənclərin ehtiyacları ilə üst-üstə düşməlidir
Şəbistan Xəbər Agentliyi: İslam dininin əsas prinsip və qayəsi bu məkanlardan xalqa çatdırılmalıdır. İqtisadiyyat, düşməni tanımaq, vəhdət və siyasi bəsirət məsələsi də diqqət mərkəzində saxlanılmalıdır. Lakin əsas məsələ mədəniyyət məsələsidir.

 

 

Tehranın Məscidul - Əqsa məscidinin imam camaatı Höccətül - islam vəl - müslimin Hüseyn İbrahimi Şəbistan Xəbər Agentliyinin müxbiri ilə söhbətində dedi: Məsciddə mədəniyyət sahəsində çalışan insanların görməli olduları ən mühim iş və ümdə məsələ gənclərin məscidə cəzb edməsidir. Belə ki, məscidlərimiz bir islam respublikasının və teokratik qurluşunun şəninə uyğun olmalıdır. Burada islam dininin atributları yayılmalıdır.

 

 

Lazımdır ki, məscidlərdəki fəaliyyətlər dini və mədəni əsasla olmaqla yanaşı məscidin ruhuna da uyğun olsun. Əgər belə olarsa, öz təsir və bərəkətinidə göstərəcəkdir. Ölkənin vəziyyəti və düşmənin mədəni sahədəki hücumlarını nəzərə alaraq qeyd etməliyik ki, bu ibadət ocaqlarında mədəni fəaliyyətlərə üstünlük vermək lazımdır. Gənclərin müasir tələbləri nəzərə alınmalıdır.

 

 

Qənaətimiz bundan ibarətdir ki, novatorluq, sənət əsəri yaradmaq məkanı və islam mədəniyyətini və incəsənətinin beşiyi məscidlərdir. Mədəniyyət və incəsənət fəaliyyətləri üçün ən gözəl yer məhz məscidlərdir. Deməli, məscid proqramları olduqca sənətkarcasına hazırlanmalı, İslam mədəniyyətinin ruhuna uyğun olmalıdır. Məscidlər cazibədar və məzmunlu incəsənət əsərlərinin nümayiş mərkəzləridirlər.

 

 

İslam dininin əsas prinsip və qayəsi bu məkanlardan xalqa çatdırılmalıdır. İqtisadiyyat, düşməni tanımaq, vəhdət və siyasi bəsirət məsələsi də diqqət mərkəzində saxlanılmalıdır. Lakin əsas məsələ mədəniyyət məsələsidir.

 

 

http://shabestan.ir/detail/News/693805

 

اقتراحات

Ad :
Email:(Vacib deyil)
Şərhin mətni:
Göndər

نظرات ارسال شده