خبرگزاری شبستان

دوشنبه ۲۶ آذر ۱۳۹۷

الاثنين ٩ ربيع الثاني ١٤٤٠

Monday, December 17, 2018

Servis xəbərlərinin titri

Ayətullah Xamenei iqtisadi problemlərin həlli üçün ciddi qərarların verilməsini tələb etdi

Şəbistan Xəbər Agentliyi: İran prezidenti, parlament spikeri, Məhkəmə Sisteminin rəhbəri və İqtisadi Kordinasiya Şurasının üzvlərinin görüşü Ali Rəhbər Ayətullah Xameneinin hüzurunda keçirilib.

Servis Əsas səhifə Zaman :   Sunday, March 11, 2018 Xəbər kodu : 32835
İslamda sevinc (birinci hissə)
Quran güzgüsündə sevinməyin yansıması
Şəbistan xəbər agentliyi: Sevinməyin Quranda xüsusi yeri vardır. Sevinmək müxtəlif formalarda Quran tərəfindən təyid olunmuş və diqqət mərkəzində qərar tutmuşdur. Amma faydasız və hədər sevinmələr deyil, həqiqətdə ilahi və insani hədəflərlə birlikdə olan şadlıq dəyərlidir.

Şəbistan xəbər agentliyi - Quran və maarif bölümü: Sevinməyin Quranda xüsusi yeri vardır. Şadlıq müxtəlif formalarda Quran tərəfindən təyid olunmuş və diqqət mərkəzində qərar tutmuşdur. Amma faydasız və hədər şadlıqlar deyil, həqiqətdə ilahi və insani hədəflərlə birlikdə olan şadlıq dəyərlidir. Buna görə də Quranın ayələri sevinmək barədə iki dəstəyə bölünür. Ayələrin bir dəstəsi möminləri sevinməyə dəvət edir. (Ya Rəsulum!) De: “Allahın neməti və mərhəməti ilə -ancaq onunla sevinsinlər. Bu onların yığdıqlarından (fani dünya malından) daha xeyirlidir!” Buna görə də camaat Allahın neməti və sonsuz mərhəməti ilə bütün nemətləri özündə toplayan bu böyük ilahi kitabla sevinməlidirlər. Yoxsa var-dövlət, böyük vəzifələr və tayfanın çoxluğu ilə sevinməməlidirlər.

Həmçinin Quran Əhli kitab oan rumluların üzərindəki qələbəsini ilahi vədə kimi çatdırdığı zaman buyururur: O gündə möminlər (rumluların qələbəsinə xatir) Allahın yardımı ilə sevinərlər. Buna xatir də sevinclər dəyərlər, müqəddəs hədəflər, Quran və müvəhhid insanların müşriklərə qələbəsinin əsasında olmalıdır.

Sevinc insanın həyatdakı əsaslı ehtiyaclarından biridir. İnsanın tərəqqi və uğuruna səbəb olur. Sağlam fəaliyyətin və gücün artmasına səbəbdir. O, elə bir zəruri məsələdir ki, həyata məna qatır.    http://www.shabestan.ir/detail/News/693352

اقتراحات

Ad :
Email:(Vacib deyil)
Şərhin mətni:
Göndər

نظرات ارسال شده