خبرگزاری شبستان

دوشنبه ۲۶ آذر ۱۳۹۷

الاثنين ٩ ربيع الثاني ١٤٤٠

Monday, December 17, 2018

Servis xəbərlərinin titri

Ayətullah Xamenei iqtisadi problemlərin həlli üçün ciddi qərarların verilməsini tələb etdi

Şəbistan Xəbər Agentliyi: İran prezidenti, parlament spikeri, Məhkəmə Sisteminin rəhbəri və İqtisadi Kordinasiya Şurasının üzvlərinin görüşü Ali Rəhbər Ayətullah Xameneinin hüzurunda keçirilib.

Servis Əsas səhifə Zaman :   Sunday, March 11, 2018 Xəbər kodu : 32832

Həzrəti Fatimə (s) - nın məsumluğunu isbat edən ayə və rəvayətlər
Şəbistan Xəbər Agentliyi: “Allah Fatimə (s) - nın qəzəbi ilə qəzəblənər rizası ilə razı olar” hədisi də Fatimeyi - Zəhranın (s) ismət və məsumluq məqamına bir başa dəlalət edir.

 

 

Şəbistan Xəbər Agentliyi xəbər verir ki, Höccətül - islam vəl - müslimin Məhəmməd Cəfər Murəvvici Təbəsi Həzrəti Fatimə (s) və Əhli – beyt haqqından danışarkən bildirdi ki, Quranın Mübahilə ayəsində peyğəmbərdən öz qadınlarını və qarşı tərəfin qadınlarını mübahilə, yəni bəddua və qarşılıqlı nifrin üçün gətirməsi istənilir. Peyğəmbər qadınların içində yalnız Fatimeyi - Zəhra (s) - nı aparır. Ayədə gələn “qadınlarımız”kəlməsindəki cəm şəkilçisi Fatimeyi - Zəhra (s) - nın tək olmağına baxmayaraq uca məqamına dəlalət edir. Bu, Fatimeyi - Zəhra (s) - nın fəzilətinin göstəricisidir.

 

 

Təthir adı ilə tanınan Əhzab surəsindəki ayədə də Əhli – beytin pak olduğu göstərilir. İbn Həcər Məkki əhli – sünnət alimlərindən olmasına baxmayaraq bu ayənin Həzrəti Əli (ə), Həzrəti Fatimə (s), İmam Həsən (ə) və İmam Hüseyn (ə) haqqında nazil olduğunun böyük alimlər tərəfindən qəbul olduğunu bildirir.

 

 

Bu iki ayədən Fatimeyi - Zəhra (s) - nın məsumluq, yəni ismət məqamı üzə çıxır və bildirilir ki, Peyğəmbərin (s) qadınları əhli – beytə daxil deyildilər. Kisa və əbadanın altında Əhli – beyt yığılarkən Ümmi - Sələmə əbanın altına buraxılmadı və Peyğəmbər (s) ona bu icazəni vermədi. O, öz həyatında da Əhli – beyt ilə qadınları arasında dairənin bir – birindən ayrı olduğunu dayıma göstərdi.

 

 

“Allah Fatimə (s) - nın qəzəbi ilə qəzəblənər rizası ilə razı olar” hədisi də Fatimeyi - Zəhranın (s) ismət və məsumluq məqamına bir başa dəlalət edir. Lakin cox təəssüflər olsun ki, Peyğəmbər (s) dünyadan getdikdən sonra bu xanımın hörməti saxlanılmadı.

 

 

http://shabestan.ir/detail/News/694689

 

اقتراحات

Ad :
Email:(Vacib deyil)
Şərhin mətni:
Göndər

نظرات ارسال شده