خبرگزاری شبستان

چهارشنبه ۴ مهر ۱۳۹۷

الأربعاء ١٦ المحرّم ١٤٤٠

Wednesday, September 26, 2018

Servis xəbərlərinin titri

“Hər gün Aşura və hər yer Kərbəladır” şüarının Fərəc duası ilə əlaqəsi

Şəbistan Xəbər Agentliyi: Həzrəti Mehdi (ə) - ın yolunu gözləyən müntəzirlərin qurduğu həyat tərzi, yəni intizar üzərində qurulan yaşam tərzi ilə aşura mədəniyyəti arasında hansı əlaqələr vardır?

Servis Əsas səhifə Zaman :   Sunday, March 11, 2018 Xəbər kodu : 32830

Məscidlərin əsas funksiyalarının dirildilməsinə diqqət zəruridir
Şəbistan Xəbər Agentliyi: Bütün hərəkət və konsepsiyaların icra mənbəyi İslamın ilk əsirində məscidlər olmuşdular. Məscidlər dini elmlərin təlim və tədris mərkəzi, xalqın bir - biri ilə tanışlıq və problemlərini həll etmək beşiyi olmuşdur.

 

 

Ayətullah Seyid Məhəmməd Səidi Şəbistan Xəbər Agentliyinin Qum əyaləti üzrə bölgə müxbiri ilə söhbətində məscidlərin mədəniyyət sahəsindəki fəaliyyətlərindən danışdı: O, bildirdi ki, bu gün həyat tərzinin dəyişməyi və dini həyat tərzinin qəbul edilməsi hərtərfli və kompleksli mədəni fəaliyyətlər tələb edir. Biz burada səhvlər edəriksə, sonradan qarşısı alınmaz fəsadlara yol aça bilərik.

 

 

Mütaliə inqilabının, kitab oxumaq hərakatının yaradılması əsl dini mətin və kitablar əsasında olmalıdır. Bu məscidlərdən başlamalıdır.

 

 

Höccətül - islam vəl - müslimin Əhməd Əhmədi isə Şəbistan Xəbər Agentliyinin müxbirinə belə dedi: Bütün hərəkət və konsepsiyaların icra mənbəyi İslamın ilk əsirində məscidlər olmuşdular. Məscidlər dini elmlərin təlim və tədris mərkəzi, xalqın bir - biri ilə tanışlıq və problemlərini həll etmək beşiyi olmuşdur.

 

 

Məscidlərin ən aşağı funksiyaları bundan ibarətdir ki, bura ibadət evindən başqa təlim - tərbiyə ocağı da olmalıdır. Məsciddə düzənlənən proqramların cavanlar üçün cazibədarlığı və rəngarəngliyi olmalıdır. Əgər gənclər istədiyi şeyi məsciddə tapacaqlarına inanarlarsa, onda məscidlərə tərəf də gələcəklər. Biz dolğun və zəngin proqram və tədbirlər, cavanların ruhlarına uyğun mərasimlərlə onların məscidə cəlb edilməsini təmin etməliyik. Çox təəssüflər olsun ki, bu gün məsciddən yalnız namaz qılmaq üçün istifadə edirlər. Başqa işlər isə bütünlüklə məsciddə əncam verilmir.

 

 

http://shabestan.ir/detail/News/694707

 

اقتراحات

Ad :
Email:(Vacib deyil)
Şərhin mətni:
Göndər

نظرات ارسال شده