خبرگزاری شبستان

چهارشنبه ۴ مهر ۱۳۹۷

الأربعاء ١٦ المحرّم ١٤٤٠

Wednesday, September 26, 2018

Servis xəbərlərinin titri

“Hər gün Aşura və hər yer Kərbəladır” şüarının Fərəc duası ilə əlaqəsi

Şəbistan Xəbər Agentliyi: Həzrəti Mehdi (ə) - ın yolunu gözləyən müntəzirlərin qurduğu həyat tərzi, yəni intizar üzərində qurulan yaşam tərzi ilə aşura mədəniyyəti arasında hansı əlaqələr vardır?

Servis Əsas səhifə Zaman :   Saturday, March 10, 2018 Xəbər kodu : 32829

Cismani məad barədə bir şübhənin cavabı
Şəbistan xəbər agentliyi: İmam Sadiq (ə) elmi hövzəsinin ustadı həftəlik məclisində cismani məad barədəki inanca qarşı deyilən şübhədə cavab verdi.

Şəbistan xəbər agentliyinin jurnalistinin verdiyi xəbərə əsasən, elmi hövzənin ustadı Höccətül-islam vəl-müslimin Musa Salimi inancla bağlı bir şübhəyə belə cavab verdi: İnancla bağlı önəmli şübhələrdən biri cismani məadla əlaqədar bəhs etməkdir. Bəziləri irad bildiriblər ki, cismani məad qəbul olunsa, "yeyən və yeyilmiş" adlı bir şübhə yaranır.

O, şübhəni bəyan edərək dedi: Bir insan nəzərdə tutun ki, illər öncə ölmüş, bədəni torpaq olmuş və o torpağın üzərində ot da çıxmışdır. Heyvan da ki, ot yeyən bir heyvandır. Biz də o heyvanları kəsir və onların ətlərindən yeyirik. Bu müqəddimə ilə demək olar ki, biz mümkündür ki, onlarla ölmüş insanın başqa bir şeyə çüvrilmiş bədən üzvlərindən yemiş olaq. Qiyamət günündə Allaha günah etdiyi üçün bu bədəni əzab edə bilərik. Bu surətdə mümkündür ki, o günahkar insanın bədəni mömin və müsəlman şəxsin bədəninin bir hissəsi ola bilər ki, onlar da behişt əhlidirlər. Beləliklə də"yeyən və yeyilmiş" adlı bir şübhə yaranır. Bəs demək olmaz ki, məad cismani olacaq. Bu işdə zülmdür.

O, qeyd etdi ki, bu şübhəyə müxtəlif cavablar verilmişdir. İnsanın bədəninin üzvlərinin bəziləri artəq bəziləri isə bədənin əsas hissələrini təşkil verir. Buna görə də deyə bilərik ki, Allah insanın bədəninin əsas hissələrini saxlayıb ki, başqa bir şəxsin bədəninin üzvü olmasın.  http://www.shabestan.ir/detail/News/694475

اقتراحات

Ad :
Email:(Vacib deyil)
Şərhin mətni:
Göndər

نظرات ارسال شده