خبرگزاری شبستان

یکشنبه ۳ تیر ۱۳۹۷

الأحد ١١ شوّال ١٤٣٩

Sunday, June 24, 2018

Servis xəbərlərinin titri

Əxlaq ustadı Höccətül-İslam Əli Əkbər Musəvi Hüseyninin ölümü münasibətilə

Ayətullah Xamenei başsağlığı verib

Şəbistan Xəbər Agentliyi: Ali Rəhbər Ayətullah Seyid Əli Xamenei imanlı alim və əxlaq ustadı mərhum Höccətül-İslam Hacı Şeyid Əli Əkbər Hüseyni Musəvinin vəfatı münasibətilə başsağlığı verib.

Servis Əsas səhifə Zaman :   Saturday, March 10, 2018 Xəbər kodu : 32827

Rəcət zamanı Həzrət Zəhra (ə) qayıdacaq?
Şəbistan xəbər agentliyi: ”………….Həzrət Zəhra (salamullah əleyha) gəldiyi zaman özünün və həyat yoldaşının haqqında edilən zülmlərə, Fədəkin qəsbinə,malının əlindən alınmasına, mühacir və ənsarın arasında xütbə oxumasından şikayət edəcək….”

Şəbistan xəbər agentiyi: Tehran ostanının Mehdi mövud (ə) mədəni mərkəzinə əsasən verdiyi məlumata görə hədis kitablarında belə bir hədis vardır ki, İmam Zamanın (ə) zühurundan sonra Həzrət Zəhranın (salamullah əleyha) rəcətinə dəlalət edir. Həzrət Zəhranın (s) rəcət hadisəsi Müfəzzəlin İmam Sadiqdən (ə) soruşduğu sualının cavabında uzun bir hədisdə gəlib.

Müfəzzəl deyir: İmam Sadiqdən (ə) soruşdum: Peyğəmbər (sələllah əleyhi və ailhi) və Əli (əleyhissalam) Qaimlə (əccəllah talaa fərəcəhu) gələcək?

İmam buyurdu: Bəli, Allaha and olsun ki, Peyğəmbər (s) və Əli (ə) mütləq gələcək. Yer üzərinə gələcəklər…Ey Müfəzzəl! Sanki biz imamların həmin vaxt Peyğəmbərin (s) qarşısında toplaşdığını görürəm. O, Həzrətə (s) şikayət edirik ki,ümmətin başımıza gətirdiklərindən Ona şkayət edirik. Deyirik ki, ümmət bizi təkzib etdi, diqqətsizlik etdi, lənət etdi və ölümlə hədələdi. Onların zalım hakimləri bizi vətəndən xaric etdi. Öz şəhərlərinə gətirdilər. Bizim bəzimizi zəhər, bəzimizi həbsdə öldürdülər. Bu zaman Peyğəmbər (s) ağlayar və buyurar: Ey övladlarım! Sizə gələn müsbət daha çox mənə gəldi.

 Həzrət Zəhra (salamullah əleyha) gəldiyi zaman özünün və həyat yoldaşının haqqında edilən zülmlərə, Fədəkin qəsbinə,malının əlindən alınmasına, mühacir və ənsarın arasında xütbə oxumasından şikayət edəcək. Sonra Əmirəl-möminini (ə) bir qrupun necə evində məcbur aparıb, beyət almasını danışar. (Biharul-ənvar, c 53. s 17) http://shabestan.ir/detail/News/692107

اقتراحات

Ad :
Email:(Vacib deyil)
Şərhin mətni:
Göndər

نظرات ارسال شده