خبرگزاری شبستان

یکشنبه ۳ تیر ۱۳۹۷

الأحد ١١ شوّال ١٤٣٩

Sunday, June 24, 2018

Servis xəbərlərinin titri

Əxlaq ustadı Höccətül-İslam Əli Əkbər Musəvi Hüseyninin ölümü münasibətilə

Ayətullah Xamenei başsağlığı verib

Şəbistan Xəbər Agentliyi: Ali Rəhbər Ayətullah Seyid Əli Xamenei imanlı alim və əxlaq ustadı mərhum Höccətül-İslam Hacı Şeyid Əli Əkbər Hüseyni Musəvinin vəfatı münasibətilə başsağlığı verib.

Servis Əsas səhifə Zaman :   Saturday, March 10, 2018 Xəbər kodu : 32826
İxtisaslaşmış Məhdəviyyət mərkəzinin ekspertinin Şəbistana müsahibəsi:
Qadınların intizar mədəniyyəti ilə tanışlığı Mehdiçi nəslin tərbiyəsinə zəmanət verir
Şəbistan xəbər agentliyi: Müntəzir və Mehdiyə etiqadı olan övladlar yetişdirmək qadınların cəmiyyətdəki yerini müəyyən etmək və onların intizar mədəniyyəti ilə tam tanış olmasını tələb edir. Ana övladının ürəyində Əhli-beytə (ə) və İmam Zamana (ə) məhəbbət toxumunu yetişdirir.

İxtisaslaşmış Məhdəviyyət mərkəzinin eksperti Höccətül-islam Məhəmməd Sərfi Şəbistan xəbər agentliyinin Məhdəviyyət bölməsinə verdiyi müsahibədə İslam cəmiyyətinin yüksəlişində qadının yeri və roluna toxunaraq, dedi: Məsumdan (ə) nəql olunan bir hədisdə buyurulur: 

«رحم الله امرءاً عرف قدر نفسه» 

Allah öz yerini və qədrini bilən qadına rəhmət etsin. Bu hədisə əsasən qadın ilikn mərhələdə öz yerini tanımalı və bu baxış qadına dəyər verir.

 İxtisaslaşmış Məhdəviyyət mərkəzinin eksperti Höccətül-islam Məhəmməd Sərfi  dedi: Müsəlman qadıını ikinci mərhələdə öz qadın olduğu bilməlidir. Bu da qadına dəyər verən nəzərdir. Bu gün Avropada qadına bir alət kimi baxırlar. Müsəlman qadını bu şeyləri biləndən sonra müntəzir və kamil insanlar yetişdirməkdə müxtəlif roller oynaya bilər.

 Ailənin sağlam olmasının açarı ananın əlindədir

İxtisaslaşmış Məhdəviyyət mərkəzinin eksperti Höccətül-islam Məhəmməd Sərfi dedi: Müsəlman qadının oynadıği ilk rol müntəzir nəsil və pak ailə təşkil etməkdir. Ailənin sağlam olması ananın əllərindədir. Ana iffət və həya və namusu ilə övladlarının tərbiyəsinə böyük təsir göstərə bilər. Ana möhkəm və sağlam düşüncəli övlad tərbiyə edə bilər. Bu övlad müxtəlif hücumlar qarşısında titrəməz və naratlığa düçar olmaz. Necəki Quranda buyurulur:

فَاسْتَقِمْ كَما أُمِرْتَ

Əmr olunduğun kimi möhkəm ol. http://shabestan.ir/detail/News/694545

اقتراحات

Ad :
Email:(Vacib deyil)
Şərhin mətni:
Göndər

نظرات ارسال شده