خبرگزاری شبستان

چهارشنبه ۴ مهر ۱۳۹۷

الأربعاء ١٦ المحرّم ١٤٤٠

Wednesday, September 26, 2018

Servis xəbərlərinin titri

“Hər gün Aşura və hər yer Kərbəladır” şüarının Fərəc duası ilə əlaqəsi

Şəbistan Xəbər Agentliyi: Həzrəti Mehdi (ə) - ın yolunu gözləyən müntəzirlərin qurduğu həyat tərzi, yəni intizar üzərində qurulan yaşam tərzi ilə aşura mədəniyyəti arasında hansı əlaqələr vardır?

Servis Əsas səhifə Zaman :   Saturday, March 10, 2018 Xəbər kodu : 32825

Mehdiçi ailənin xüsusiyyətləri
Şəbistan xəbər agentliyi: Mehdiçi ailə öz əməli, rəftarı və hərəkəti ilə digər insanları İmam Zamana (ə) valeh və aşiq edir. O, ailənin üzvləri İmam Zamanın (ə) mənəvi övladları sayılırlar. Mehdiçi ev, intizarın vəzifələrini icra və Məhdəviyyətin böyük məqsədlərini həyata keçirmək üçün kiçik bir mühitdir.

İsfahan ostanının Mehdi mövud (ə) mədəni mərkəzinin müdiri Höccətül-islam vəl-müslimin Mehdi Neyli pur  Şəbistan xəbər agentliyinə verdiyi müsahiəsində əxlaq ustadlarının baxımından ailələrin bölgüsünə işarə edərək, dedi: Əxlaq ustadlarının baxımından ailənin mühüm məsələlərindən biri ailəni hədəflərə, metodlara və ona hakim olan əlaqələrə əsasən adlandırmaq və bölməkdir. Buna əsasən bəzi ailələr zalım, demikrat, ifratçı, qafil, qarışıq, uca məqamlı, kamil və mötədil adlanır və bölünür. Məsələn: Demokrat ailə, üzvləri həddən artıq azadlıq tələb edən və ailənin xaricinə aid olan ailələrdir. Qafil ailə isə valideynləri özünə, övladlarına, Allaha, İmam Zamana (ə) və hamıya biganə qalan ailədir.

 O, Mehdiçi ailəni belə tərif etdi: Mehdiçi ailə, məqsədli və mənəvi ailədir. Bu ailə bütün insani və əxlaqi dəyərlərə sahib olmaqdan əlavə müsbət xüsusiyyətlərə malik və mənfi xüsusiyyətlərdən uzaq və Allah və İmam əsasında qurulan ailədir. Bu ailədən  Allaha və İmam Zamana (ə) eşq, irfan və itaət iyi gəlir.

Mehdiçi ailə öz əməli, rəftarı və hərəkəti ilə digər insanları İmam Zamana (ə) valeh və aşiq edir. O, ailənin üzvləri İmam Zamanın (ə) mənəvi övladları sayılırlar. Mehdiçi ev, intizarın vəzifələrini icra və Məhdəviyyətin böyük məqsədlərini həyata keçirmək üçün kiçik bir mühitdir. http://shabestan.ir/detail/News/693987

 

اقتراحات

Ad :
Email:(Vacib deyil)
Şərhin mətni:
Göndər

نظرات ارسال شده