خبرگزاری شبستان

دوشنبه ۸ آذر ۱۴۰۰

الاثنين ٢٤ ربيع الثاني ١٤٤٣

Monday, November 29, 2021

Servis xəbərlərinin titri

Ayətullah Xamenei iqtisadi problemlərin həlli üçün ciddi qərarların verilməsini tələb etdi

Şəbistan Xəbər Agentliyi: İran prezidenti, parlament spikeri, Məhkəmə Sisteminin rəhbəri və İqtisadi Kordinasiya Şurasının üzvlərinin görüşü Ali Rəhbər Ayətullah Xameneinin hüzurunda keçirilib.

Servis Əsas səhifə Zaman :   Saturday, March 10, 2018 Xəbər kodu : 32818

Bugünkü gənc nəsil düşməni geri oturdurmaqda əvvəlki nəsildən daha hazırlıqlıdır
Şəbistan Xəbər Agentliyi: Ali Rəhbər İraqın sabiq diktatoru Səddam Hüseynin Bəəs rejimi tərəfindən 8 illik müharibənin törədilməsinin səbəbinin İran İslam İnqilabının əzəməti olduğunu bildiriblər.

 

 

Ayətullahül-üzma Xamenei həzrətləri: “8 illik müharibənin səbəbi super güclərin islam inqilabının təsirindən qorxmaları idi”

 

 

Şəbistan Xəbər Agentliyi xəbər verir ki, İslam inqilabının böyük rəhbəri Həzrət Ayətullahül-üzma Xamenei bu gün İran- İraq müharibəsinin döyüş meydanlarını ziyarət edən “Nur yolçuları” karvanlarının iştirakçılarından ibarət bir qrup gənc və yeniyetmə ilə görüşündə bildiriblər: İslam inqilabı yarandıqda bu inqilabın əzəməti güclü düşmənləri qorxuya saldı.

 

Həzrət Ayətullahül-üzma Xamenei bildiriblər: İslam inqilabının düşmənləri islam inqilabının müsəlman xalqlar və başçıları Amerikadan asılı olan ölkələrdə müsbət qarşılandığını və xalqıların islam inqilabına dəstək şüarlarını gördükdə hər nəyin bahasına olursa olsun bu inqilabı məhv etmək qərarına gəldilər.

 

İslam inqilabının böyük rəhbəri deyiblər: İslam inqilabının düşmənləri İraqın məhv edilmiş diktatoru Səddamın təkəbbürlü və zalım hərəkətə meyilli olduğunu və təcavüzkar təbiətə malik olduğunu yaxşı bilirdilər.

 

Həzrət Ayətullahül-üzma Xamenei bildiriblər: Amerika, Britaniya, Fransa, İtaliya və Almaniya Səddamına arxasında idilər və əllərindən gələn qədər ona kömək etdilər.

 

İslam inqilabının böyük rəhbəri bildiriblər: Anti-Amerika olan SSRİ-də  Səddmın İrana qarşı hücumunda Amerikanın kənarında durdu ona görə ki, SSRİ-də çoxlu sayda müsəlman respublika var idi və islam inqilabı o respublikalarda islami mentalitetə qayıdışa səbəb olurdu.

 

http://shabestan.ir/detail/News/694783

 

 

اقتراحات

Ad :
Email:(Vacib deyil)
Şərhin mətni:
Göndər

نظرات ارسال شده