خبرگزاری شبستان

سه شنبه ۴ تیر ۱۳۹۸

الثلاثاء ٢٢ شوّال ١٤٤٠

Tuesday, June 25, 2019

Servis xəbərlərinin titri

Ayətullah Xamenei iqtisadi problemlərin həlli üçün ciddi qərarların verilməsini tələb etdi

Şəbistan Xəbər Agentliyi: İran prezidenti, parlament spikeri, Məhkəmə Sisteminin rəhbəri və İqtisadi Kordinasiya Şurasının üzvlərinin görüşü Ali Rəhbər Ayətullah Xameneinin hüzurunda keçirilib.

Servis Əsas səhifə Zaman :   Wednesday, March 7, 2018 Xəbər kodu : 32785

Ayətullah Xamenei şəhid ailəsinə baş çəkdi
Şəbistan Xəbər Agentliyi: Ali Rəhbər Həzrət Ayətullahül - üzma Xamenei çərşənbə axşamı Tehrandakı son iğtişaşlar zamanı şəhid edilən Məhəmməd Hüseyn Həddadiyanın mənzilində olub.

 

Şəbistan Xəbər Agentliyi xəbər verir ki, İslam İnqilabının dahi rəhbəri son Tehran iğtişaşları şəhidlərindən birinin evində olub

 

Ayətullah Xamenei şəhid ailəsinə Qurani- Kərim hədiyyə edib.

 

İnqilab Rəhbərinin bu şəhidin mənzilinə baş çəkməsi ilə bağlı ətraflı məlumat daha sonra təqdim ediləcək.

 

 

19 fevral 2018-ci il tarixində bir qrup təxribatçı Tehranın Pasdaran xiyabanında iğtişaş törətməyə çalışmışdı. Təhlükəsizlik və hüquq-mühafizə qüvvələrinin Tehranın Pasdaran xiyabanında asayişi bərqərar etməyə çalışdığı zaman hüquq-mühafizə orqanlarının əməkdaşlarından olan 3 nəfər həmçinin, 2 bəsici o cümlədən Məhəmməd Hüseyn Həddadiyan şəhid olublar.

 

İranın hüquq-mühafizə qüvvələrinin 3 əməkdaşı bir iğtişaşçının idarə etdiyi avtobus ilə vurularaq, şəhid edilmişdi.

 

Məhəmməd Hüseyn Həddadiyan isə bir iğtişaşçının idarə etdiyi şəxsi avtomobil ilə vurularaq, şəhid edilmişdi.

 

Başqa bir bəsici də iğtişaşçılar tərəfindən bıçaq zərbələri ilə şəhid edilmişdi.

 

İctimai asayişi pozanların bu vəhşiliyi Pasdaran xiyabanında bir çox avtomobilə zərər və ziyanın dəyməsinə də səbəb olmuşdu.

 

İctimai sayişi pozanlar özlərini Günabad dərvişləri adlandırırlar.

 

 

http://shabestan.ir/detail/News/694135

 

اقتراحات

Ad :
Email:(Vacib deyil)
Şərhin mətni:
Göndər

نظرات ارسال شده