خبرگزاری شبستان

یکشنبه ۳ تیر ۱۳۹۷

الأحد ١١ شوّال ١٤٣٩

Sunday, June 24, 2018

Servis xəbərlərinin titri

Əxlaq ustadı Höccətül-İslam Əli Əkbər Musəvi Hüseyninin ölümü münasibətilə

Ayətullah Xamenei başsağlığı verib

Şəbistan Xəbər Agentliyi: Ali Rəhbər Ayətullah Seyid Əli Xamenei imanlı alim və əxlaq ustadı mərhum Höccətül-İslam Hacı Şeyid Əli Əkbər Hüseyni Musəvinin vəfatı münasibətilə başsağlığı verib.

Servis Əsas səhifə Zaman :   Wednesday, March 07, 2018 Xəbər kodu : 32784

Hicaba aid on bir ayə
Şəbistan Xəbər Agentliyi: Hicab məsələsində də fikir bildirmək müctəhid sayılmayan şəxslər tərəfindən ortaya qoyulmamalıdır. Bu sahədə də təqlid mərcələrinə müraciət olunmalıdır.

Şəbistan Xəbər Agentliyi xəbər verir ki, Ayətullah Cəfər Sübhani bu gün İranın Qum şəhərində yerləşən Əzəm məscidindəki, ali İslam hüququ mühazirələrində dedi: Məsumlardan gəlib bizə çatan rəvayətlərdə bəyan edilir ki, Allahın bəndə və qulları o insanlardırlar ki, bildiklərini deyirlər, bilmədiylərinə çatanda isə susullar.

 

 

Alim sonra insanın elminin məhdud olduğunu bildirərək vurğuladı: Mərhum Əllamə Təbatəbaidən bir dəfədə olsa “mən” kəlməsini eşitmədim; mərhum Əllamə Təbatəbai öz elmini kiminsə gözünə çəkəcək istəyilə bir dəfədə olsun “mən” kəlməsini işlətmədi. Lakin “bilmirəm” sözünü çox işlədərdi.

 

 

Ayətullah daha sonra dedi: İmam Xomeyni həzrətləri deyərdi: Ruhanilər nəbada səlahiyyətləri olmamadıqları işlərə müdaxilə etsinlər. Çünki hər kəsi bir iş üçün yaradıblar. Deməli, dini məsələlərdə alimlərə müraciət edildiyi kimi alimlər də fizika və kimya kimi məsələlərdə nəzər izhar etməsinlər.

 

 

Beləliklə, məlum olur ki, hicab məsələsində də fikir bildirmək müctəhid sayılmayan şəxslər tərəfindən ortaya qoyulmamalıdır. Bu sahədə də təqlid mərcələrinə müraciət olunmalıdır.

 

 

Mütləq haram əməldə məcbur, qeyri - məcbur ya icbar, könüllü anlamı yoxdur. Buna görə də dini və əxlaqi məsələlərdə müraciət yeri və fikir mərkəzi alimlərdirlər. Hicab məsələsidə onlardan soruşulmalıdır.

 

 

Quranda hicab barəsində 11 ayə vardır. Onun ixtiyari və yaxud da kı məcburi olmağının heç bir mənası yoxdur. Yoxsa kı onda bütün günahlarda da onun ixtiyari və icbari olma məsələsi ortaya qoyulardı. (Bir halda ki, onlarda belə bir şey yoxdur – tərcüməcidən.)

 

 

http://shabestan.ir/detail/News/694194

اقتراحات

Ad :
Email:(Vacib deyil)
Şərhin mətni:
Göndər

نظرات ارسال شده