خبرگزاری شبستان

چهارشنبه ۴ مهر ۱۳۹۷

الأربعاء ١٦ المحرّم ١٤٤٠

Wednesday, September 26, 2018

Servis xəbərlərinin titri

“Hər gün Aşura və hər yer Kərbəladır” şüarının Fərəc duası ilə əlaqəsi

Şəbistan Xəbər Agentliyi: Həzrəti Mehdi (ə) - ın yolunu gözləyən müntəzirlərin qurduğu həyat tərzi, yəni intizar üzərində qurulan yaşam tərzi ilə aşura mədəniyyəti arasında hansı əlaqələr vardır?

Servis Əsas səhifə Zaman :   Tuesday, March 06, 2018 Xəbər kodu : 32778

Azərbaycan səfiri İranın vitse-prezidenti ilə görüşüb
Azərbaycanın İrandakı səfiri Bünyad Hüseynov bu ölkənin vitse-prezidenti, Ətraf Mühit Təşkilatının rəisi İsa Kələntəri ilə görüşüb.

Azərbaycanın İrandakı səfiri Bünyad Hüseynov bu ölkənin vitse-prezidenti, Ətraf Mühit Təşkilatının rəisi İsa Kələntəri ilə görüşüb.

 

APA-nın Tehran bürosunun məlumatına görə, görüşdə iki ölkə arasında ekologiya və ətraf mühitin mühafizəsi, flora və faunanın qorunmasında qarşılıqlı əməkdaşlıq əlaqələrinin daha da genişləndirilməsi, eləcə də perspektivlər müzakirə olunub.

 

B. Hüseynov Araz transsərhəd çayının Ermənistanın sənaye müəssisələri tərəfindən çirkləndirilməsinin narahatlıq doğurduğunu vurğulayıb, bunun İran və Azərbaycanın ekosisteminə vurduğu zərərdən danışıb. Səfir 2014-cü ilin aprelində imzalanmış “Azərbaycan Respublikası Hökuməti və İran İslam Respublikası Hökuməti arasında Ordubad və Marazad Su Elektrik Stansiyalarının tikintisi və istismarı haqqında” Sazişə toxunaraq Araz çayının suyundan istifadəyə dair iki dövlət arasında səmərəli əməkdaşlığın mövcudluğunu vurğulayıb. Tərəflər SES-də istifadə üçün Araz çayından yönləndirdikləri suyu eyni həcmdə və eyni keyfiyyətdə çaya qaytaracaqlarına dair öhdəliklər götürüblər ki, bu da ekologiyanın mühafizəsi üçün əhəmiyyətlidir. Ötən il saziş İran və Azərbaycan parlamentləri tərəfindən təsdiq (ratifikasiya) olunub.

 

İranın vitse-prezidenti İsa Kələntəri hər iki ölkənin iqtisadiyyatında mühüm rol oynayan Araz çayı və Xəzər dənizinin ekoloji mühitinin qorunub saxlanılması və düzgün istifadəsinin zəruriliyini vurğulayıb. O bildirib ki, su hövzələrinin mühafizəsinə İran hökuməti xüsusi diqqət yetirir.

 

Görüşdə ekoloji problemlərin aradan qaldırılması yolları və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da geniş fikir mübadiləsi aparılıb.

 

اقتراحات

Ad :
Email:(Vacib deyil)
Şərhin mətni:
Göndər

نظرات ارسال شده