Servis Əsas səhifə |
|
Zaman : |
Tuesday, March 6, 2018 |
|
Xəbər kodu : |
32774 |
Şəbistan Xəbər Agentliyi xəbər verir ki, İran Məscidlərinin Mədəniyyət – İncəsənət Mərkəzlərinin Fars əyalət şöbəsinin müdiri höccətül - islam vəl - müslimin Hüseyn Ümidi jurnalistlərlə söhbətində cəmiyyətin birlik, yekdirlik və səmimiyyətə ehtiyacından danışdı.
O, dedi: Əgər bu məsələlər şuar formatından və formal xarakterli çərçivədən çıxıb əməli sahədə icra edilərək, praktiki həyatda tətbiq olunsa və islam dininin yarandığı ilk əsirlərdə olduğu kimi məscidlərin əsas funksiyaları onlara qaytarılsa, biz ictimai, siyasi, mədəni və dini sahələrdə insanların arasında ittihad və yekdilliyin şahidi olacağıq.
Natiz məscidlərin hal - hazırda əsl funksiyaların onlardan alındığını aci təəssuratla bəyan edərək dedi: Bizim proqramımız bundan ibarətdir ki, məscidin idarəçiliyində rolu olan bütün qurumlar və ictimai inistitutların vasitəsi ilə məscid fəaliyyətlərinə hərtərfli örnək verək. Burada birlik və həmdərdlik yaradaq. Camaat namazlarının möhtəşəm şəkildə qılınması Allah evlərinin simvol və atributlarından biri sayılır. Camaat namazı elə bunu bizə öyrədir.
Ruhani məscid sahəsində fəaliyyətlərin əsasının ictimai - mədəni potensiyaldan istifadə edərək məscid fəaliyyətlərini rəngarəngləşdirmək və insanları daha çox məscidə toplamaqdan ibarət oldurduğunu bildirdi.
“Fərdi incəsənət istedadı olan insanları axtarıb tapmaq, məscidə cəzb etmək xüsusi diqqət mərkəzində saxlanmalıdır”, - deyə höccətül - islam vəl - müslimin Hüseyn Ümidi sözünə davam etdi.
Sosial şəbəkələr, internet məkanında fəaliyyətlərin öyrədilməsi üçün kursların təşkil edilməsi bu günün ən önəmli işlərindən biridir. Məscidin mədəniyyət işləri ilə məşğul olan İncəsənət Otaqları bu məsələyə diqqət yetirməlidirlər. Çünki sosial şəbələrdən düzgün istifadə bir mədəniyyətə çevrilməli və cəmiyyətimizə aşılanmalıdır.
http://shabestan.ir/detail/News/693614
Açar sözlər:
|
|
|
|
|
|
|