خبرگزاری شبستان

چهارشنبه ۴ مهر ۱۳۹۷

الأربعاء ١٦ المحرّم ١٤٤٠

Wednesday, September 26, 2018

Servis xəbərlərinin titri

“Hər gün Aşura və hər yer Kərbəladır” şüarının Fərəc duası ilə əlaqəsi

Şəbistan Xəbər Agentliyi: Həzrəti Mehdi (ə) - ın yolunu gözləyən müntəzirlərin qurduğu həyat tərzi, yəni intizar üzərində qurulan yaşam tərzi ilə aşura mədəniyyəti arasında hansı əlaqələr vardır?

Servis Əsas səhifə Zaman :   Monday, March 05, 2018 Xəbər kodu : 32762

İraqın “yer altındakı təhlükəsi”
Səddamın “quma batan ordusu” və ya Bağdad nədən İŞİD-ə qalib gələ bilmir?

İraq baş naziri bildirib ki, ölkə ərazisində İŞİD qalıqlarının məhv edilməsi üçün yeni layihə hazırlanıb. Heydər İbadi deyib ki, İraq təhlükəsizlik qüvvələri ölkənin Suriya ilə sərhədlərini tamamilə nəzarətə götürüblər və hazırda ölkə ərazisində təmizlənmə əməliyyatı davam edir.

Qeyd edək ki, İraq hökuməti ötən ilin dekabrın əvvəlində rəsmən bəyan edib ki, İŞİD məğlub edilib. Ancaq bununla belə hazırda ölkənin əsasən şimal-qərb rayonlarında hələ də terrorçulara qarşı əməliyyatlar davam edir. Ancaq ümumilikdə ölkənin bir çox yerlərində, o cümlədən paytaxt Bağdadda gizli sui-qəsdlərin və terror hücumlarının sayı artıb. İki həftə əvvəl Anbar əyalətində 27 nəfər İŞİD-in hücumu nəticəsində öldürülüb. Görünən odur ki, interaktiv xəritələrdə İraq ərazisində İŞİD “bölgəsi” görünməsə də, faktiki olaraq terrorçular hələ də çox fəaldır. Yeri gəlmişkən, İŞİD lideri Əbu Bəkr əl-Bağdadinin də Anbar əyalətində gizləndiyi ehtimal olunur. Bu isə 15 il əvvəlki vəziyyəti xatırladır.

15 il əvvəl – 2003-cü ilin martında ABŞ ordusu İraqa hücum etdi. Martın 20-də başlayan əməliyyatlar bir neçə həftə sonra ABŞ ordusunun Bağdada daxil olmasıyla nəticələndi. Ancaq savaş bitməmişdi, ordunun kiçik qruplar halındakı qalıqları, gerilla silahlıları hələ uzun müddət Amerika və Britaniya ordusuna müqavimət göstərdi. Lakin üzərində çox da dayanılmayan bir detal vardı. Səddam Hüseyninin İranla 8 illik müharibə təcrübəsi olan, kürdlərə qarşı, daha sonra Küveyti işğal edən, Birinci Körfəz Müharibəsi zamanı 32 dövlətdən ibarət anti-İraq koalisiyasına qarşı savaşda təcrübədən keçmiş İraq ordusu və onun təcrübəli generalları, zabitləri yoxa çıxdı. Səddamın döyüşkən ordusu səhrada “batmışdı”.

Картинки по запросу где армия саддама

“Batan ordu” bir də 10 ildən sonra, 2013-cü ildə İraq və Suriyada müharibə başlayanda yer üstünə çıxdı. Səddam Hüseyninin köməkçisi, general İzzət İbrahim əd-Duri “Nəqşibəndi Ordusu” adlı silahlı qruplaşma yaradaraq fəaliyyətə başladı. Daha sonra İŞİD-lə ittifaq quran bu “ordu” 2014-cü ildə Mosulun alınması və Bağdadın 57 kilometrliyinə qədər irəliləməsinə səbəb oldu. Səddamın “batan” ordusunun generalları üzdə olmasalar da dünyanın müxtəlif yerlərindən gəlmiş və aralarında ən yüksək rütbəli olanın polkovnik belə olmadığı İŞİD-in uğurlu döyüş əməliyyatlarının əsas memarları idi.

Bənzər olmasa da, hazırkı situasiyanı da 15 il əvvəlki Səddam ordusunun itməsi prosesinə bənzətmək olar. Doğrudur, indi situasiya daha fərqlidir, ikinci dəfə “yer altına” çəkilən Səddamın nizami ordusundan çox az bir hissə qalıb. Çoxları döyüşlərdə öldürülüb və yaşları artıq aktiv əməliyyatları idarə etməyə imkan verməyəcək. Amma fakt odur ki, oxşar taktika yenə də işlədi. İraq hökuməti nədən İŞİD-in qalıqlarını tapıb üzə çıxara bilmir? Terrorçuların gizlənməsi və hələ də İraq qüvvələrinə hücumlar təşkil etməsinin əsas səbəbləri nədir?

Картинки по запросу где армия саддама

İraq hökumətinin ölkədə təhlükəsizliyi tamamilə təmin edə bilməməsinin, İŞİD-in kökünü kəsə bilməməsinin bir neçə mühüm səbəbləri var. Birincisi, ölkədə hələ də xarici güclər və onların təsir imkanları qalır. Faktiki olaraq İraqda bir çox ölkələrin rəsmi və ya qeyri-rəsmi hərbi və kəşfiyyat mərkəzləri fəaliyyət göstərir. Xüsusən də Ərbil mərkəzli kürd muxtariyyəti ərazisində.

İkinci məqam İraqda qəbilə-tayfa ənənələrinin hələ də güclü olması, milli birlik təməllərinin olmamaısıdır. Bu səbəbdən də İraqda hələ də şəxslər aid olduqları qəbilə və tayfalara görə qiymətləndirilir. Bir çox terrorçu və cinayətkar tayfaları tərəfindən gizlədilir, qorunur. Necə ki, 15 il əvvəl hərbi mundirlərini çıxaran Səddam ordusu zabitləri mülki əhaliyə qarışa bilmişdi.

Картинки по запросу армия саддама ИГИЛ

Üçüncü mühüm və həlledici detal isə İraqda çox güclü olan korrupsiya və rüşvətxorluğun olmasıdır. İraqın zəngin təbii ehtiyatları, yerüstü sərvətlərinin olmasına baxmayaraq mövcud olan korrupsiya və rüşvətxorluq ölkənin inkişafı qarşısında əsas maneədir. İndi isə belə görünür ki, təkcə inkişafı deyil, həm də təhlükəsizliyi qarşısında. Məsələn, bu günlərdə məlum olmuşdu ki, İraq kəşfiyyatının regional idarəsinin polkovnik rütbəli rəislərindən biri İŞİD üzvlərinə pul qarşılığında pasport təşkil edirmiş. İraq hökuməti korrupsiya və rüşvəti aradan qaldırmadıqca görünən odur ki, nə iqtisadi, nə də siyasi, sosial və təhlükəsizlik sahəsində inkişafa və tərəqqiyə nail olmaq mümkün olmayacaq. “Yer altında” hələ çox təhlükələr gizlənir.

Kənan Rövşənoğlu

Musavat.com

اقتراحات

Ad :
Email:(Vacib deyil)
Şərhin mətni:
Göndər

نظرات ارسال شده