خبرگزاری شبستان

یکشنبه ۳ تیر ۱۳۹۷

الأحد ١١ شوّال ١٤٣٩

Sunday, June 24, 2018

Servis xəbərlərinin titri

Əxlaq ustadı Höccətül-İslam Əli Əkbər Musəvi Hüseyninin ölümü münasibətilə

Ayətullah Xamenei başsağlığı verib

Şəbistan Xəbər Agentliyi: Ali Rəhbər Ayətullah Seyid Əli Xamenei imanlı alim və əxlaq ustadı mərhum Höccətül-İslam Hacı Şeyid Əli Əkbər Hüseyni Musəvinin vəfatı münasibətilə başsağlığı verib.

Servis Əsas səhifə Zaman :   Saturday, March 03, 2018 Xəbər kodu : 32746

Suriya üçün Liviya ssenarisi
Qərb birliyi Türkiyə və İranı yerində oturtmağa hazırlaşır

 

Özcan Tikit

Habertürk, 01.03.2018

 

BMT Təhlükəsizlik Şurasının 15 üzvünün yekdilliklə qəbl etdiyi qətnaməyə baxmayaraq Əsəd rejimi Şərqi Qutada kütləvi qırğınları dayandırmır. İddia olunur ki, Suriya rejimi 2013-cü ildə 1300 nəfərin öldürüldüyü Şərqi Qutada yenə də kimyəvi silah işlədib. Bu informasiya təsdiqlənərsə, aydın olacaq ki, Dəməşq rejimi dörd il əvvəl etdiyi cinayəti bağışlamaq, yəni ondakı kimyəvi maddələri və bu cür silahın istehsalı üçün avadanlıqları Kimyəvi silahın yasaqlanması üzrə Təşkilata (KSYT) vermədiyi üçün bütün dünyaya verdiyi sözün üstündə durmayıb. Rejim 2013-cü ildə verdiyi vədi tutmursa və həm də 15 dövlətin qəbul etdiyi qətnaməyə əməl etmirsə, yaxşı-yaxşı hesablamaq gərəkdir ki, adrınca nələr gələcək. Lakin, görünür, bu, BMT TŞ-nin beş daimi üzvündən biri Rusiyanı xüsusi narahat etməsə də, ABŞ, Fransa və Böyük Britaniya baş tutmuş fakta elə-belə razılaşmayacaq – hətta bu onların maraqlarına zidd getməsə də. Və üç dövlətin administrasiyalarının hər birindən praktik olaraq həmahəng səslənən bəyanatlar gəlir: “Əsədin kimyəvi silah işlətdiyi haqda məlumat təsdiqlənsə, biz hücum təşkil edəcəyik…

Görünür, məlumat verildiyi kimi, ABŞ dövlət katibi Reks Tillerson, təxminən, bir ay əvvəl Türkiyə istisna olmaqla qərbi həmkarlarilə keçirdiyi və ölkəsinin Suriya strategiyasını təqdim etdiyi “gizli” görüşdə bu məsələ üzrə də saziş əldə olunub.

Rusiya xarici işlər naziri Sergey Lavrov ötən gün tərki-silah üzrə Cenevrə konfransında idi. Bu tədbirdə verilən iki müxtəlif siqnal göstərir ki, Əsədə görə təşvişli fatihə verilməyə başlanır. Lavrov Əsəd rejiminin zəhərli maddələr işlətməsi haqda iddiaları “əsassız” adlandıraraq qeyd edib ki, KSYT-lə bağlanmış saziş zamin qismində Rusiyanın iştirakıyla yerinə yetirilib. ABŞ-ın bir qədər əvvəl çıxış edən tərki-silah üzrə daimi təmsilçisi Robert Vud isə tamamilə əksini deyib: “Əsəd 2013-cü ildə KSYT-lə bağlanmış sazişi pozub, Rusiya isə zamin ölkə kimi öz öhdəliklərinə etinasızlıq edir”.

 

Müdaxilə forması

 

Rusiya ilə Qərb birliyi arasında bu söz duelinin necə bitəcəyi haqda məsələ indi hamını həyəcanlandırır. Mənim baxışımca, son sözü KSYT deyəcək. Hazırda KSYT-nin Haaqadakı mənzil qərargahında haqqında hələlik heç nə eşidilməyən iş gedir. KSYT ekspertləri xüsusi xidmətlərin Şərqi Qutada şahidlər və qurbanlardan əldə etdiyi ifadələri və hücum yerindən toplanmış bütün dəlilləri araşdırırlar. Bu iş tezliklə başa çatacaq. Əldə edilən nəticələr, çox güman ki, məruzə kimi 2013-cü ildə zamin duran ABŞ və Rusiyaya göndəriləcək. KSYT-nin günahkarları müəyyən edəcəyi gözlənilmir, çünki döyüş meydanındakı durum ayrıntılı araşdırma aparmaq imkanı vermir. Lakin tək bircə “Şərqi Qutada kimyəvi silah işlədilib” ifadəsi də potensial qanuni əsas təmin edə və hərbi müdaxilə üçün qapı aça bilər.

Bundan sonra bu cür müdaxilənin forması haqda məsələ qalxa bilər. Əgər bu, kimyəvi hücum həyata keçirmiş Əsəd hərbçilərinin yerləşdiyi bazaya ötən ilin aprelindəki kimi raket zərbələrilə məhdudlaşarsa, Suriyada qüvvələr bölgüsünə önəmli təsir göstərməyəcək. Lakin Böyük Britaniya və Fransanın ABŞ-ın başçılığıyla hücuma qoşulmaqdan ötrü necə alışıb yandığına diqqət yetirilsə, onda əsas hədəf Liviya ssenarisi də ola bilər. Əlbəttə, BMT TŞ-nin 24 fevral tarixli qətnaməsi Liviya haqda qəbul edilənə bənzəmir. Axı Liviya üzrə qətnamədən fərqli olaraq onda Şərqi Quta üzrə qərarlara əməl edilmədiyi halda müdaxiləyə yaşıl işıq yandırılmır. Buna görə də, hər şeyə əsasən,  KSYT-nin verəcəyi bəyanata qanuni əsaslar baxımından bu boşluqları bağlamaq hesabıyla böyük önəm verilir.

Düzünü desək, bu cür ssenari Əsədi devirmək və İranın bölgədəki nüfuzunu alt-üst etmək istəyən ABŞ üçün olduqca məntiqli görünür. Liviya hadisələri ilə oxşarlıq üzrə kompleks hücum Ankaranı Suriyada Rusiya ilə münasibətləri yenidən nəzərdən keçirməyə məcbur edə bilər (bir vaxtlar Qəddafiylə olduğu kimi). Hesab edirəm ki, bunun Qərb birliyinin çoxdan gözlədiyi hadisələrin inkişafı olacağını söyləmək gərək deyil. Beləliklə, ən yaxın günlər Suriyada tarixə düşə biləcək addımlardan xəbərlər verəcək.

Tərcümə Strateq.az-ındır.

 

اقتراحات

Ad :
Email:(Vacib deyil)
Şərhin mətni:
Göndər

نظرات ارسال شده