خبرگزاری شبستان

سه شنبه ۲۲ آیان ۱۳۹۷

الثلاثاء ٥ ربيع الأوّل ١٤٤٠

Tuesday, November 13, 2018

Servis xəbərlərinin titri

Ayətullah Xamenei iqtisadi problemlərin həlli üçün ciddi qərarların verilməsini tələb etdi

Şəbistan Xəbər Agentliyi: İran prezidenti, parlament spikeri, Məhkəmə Sisteminin rəhbəri və İqtisadi Kordinasiya Şurasının üzvlərinin görüşü Ali Rəhbər Ayətullah Xameneinin hüzurunda keçirilib.

Servis Əsas səhifə Zaman :   Thursday, March 01, 2018 Xəbər kodu : 32735

Xalqı konsert əvəzinə Qurana tərəf dəvət edək
Şəbistan Xəbər Agentliyi: Hər bir kitabın adı və ünvanı vardır. Quranın ünvanı hidayətdir. İnsan, əgər Quran ayələrinə əməl edərsə, səadət və xoşbəxtlik yollarını surət ilə, fərəhlə addımlayıb məqsədə çatar.

 

 

Şəbistan Xəbər Agentliyi xəbər verir ki, höccətül - islam vəl - müslimin Məhəmməd Kazim Siddiqi ümumiran Quran yarışlarının açlış mərasimində çıxış edib. O, öz çıxışında deyib: Hər bir kitabın adı və ünvanı vardır. Quranın ünvanı hidayətdir. İnsan, əgər Quran ayələrinə əməl edərsə, səadət və xoşbəxtlik yollarını surət ilə, fərəhlə addımlayıb məqsədə çatar. Quran bütün məsələlərdə, həyatın bütün sahələrində bələdçidir. Belə ki, hüquq, əxlaq və həyat məktəbində ən yaxşı yolları göstərir.

 

 

Quranda İslam və Quran düşmənləri barəsində, belə düşmənlərdən uzaq olmaq kimi göstərişləri ehtiva minlərlə ayə vardır. Bu ona xatirdir ki, müsəlmanlar mübarizə səngərlərində nəfs, şeytan, kafirlər və hegemonlar (tiranlar) kimi düşmənləri tanısınlar.

 

 

Quranda həvayi - həvəs, qüdrət və hakimiyyət kimi iştah və tamahlarla mübarizəyə səsləyən ayələr mövcuddur. Quran mürtəcelik, şirk, zülm və istismar cəbhəsin bizə tanıtdırır və bildirir ki, müsəlmanlar həmişə onlarla mübarizəyə qalxmalıdırlar. Quran başdan - başa ilahi lütv və Allahın rəhmətidir. Bizə yaxın olan və asan bir kitabdır. Əgər üç qədəm atsaq, ona çatarıq. Bunlar malımızla bağlı olan vacibləri yerinə yetirmək, fəqir və yoxsulların ağzını şirin etmək, zəkat ödəmək, xümus vermək, ehtiyacı olanlara kömək etmək, vəqf işləri ilə məşğul olmaq və sair xeyir əməllərdən ibarətdir.

 

 

http://shabestan.ir/detail/News/692755

 

اقتراحات

Ad :
Email:(Vacib deyil)
Şərhin mətni:
Göndər

نظرات ارسال شده