خبرگزاری شبستان

چهارشنبه ۲ خرداد ۱۳۹۷

الأربعاء ٩ رمضان ١٤٣٩

Wednesday, May 23, 2018

Servis xəbərlərinin titri

Höccətül-islam vəl-müslimin Pənahiyan

Tənhalıq hissi Allahın ən çətin imtahanıdır

Şəbistan xəbər agentliyi: Höccətül-islam vəl-müslimin Pənahiyan dedi: Allah heç bir şəxsi gücündən artıq vəzifə təyin etmir. Allahın mehribanlıqı ilə tənhalıq hissi keçirtmək yalandır. Biz çox nizamlı bir dünyada yaşayırıq ki, Allahın mehribanlığını unutduğumuz zaman məhv olarıq.

Servis Əsas səhifə Zaman :   Thursday, March 01, 2018 Xəbər kodu : 32731

Ayətullah Sübhaninin müxtəlif elmlər barəsində nəzəri
Şəbistan Xəbər Agentliyi: İnsanlar Allahın məxluqudurlar. Fövqəl - təbii bir aləmlə bağlıdırlar. Bilməliyik ki, ilahi bir fərd olaraq insanın əvvəli və sonu aydındır.

 

 

Şəbistan Xəbər Agentliyi xəbər verir ki, Ayətullah Cəfər Sübhani bu gün İranın Qum şəhərində yerləşən Əzəm məscidində söylədiyi açıq islam hüququnun əsasları ali mühazilələrində islam humanital elmlər barəsində dedi: Bəziləri deyirlər ki, elm dini və qeyri - dini ola bilməz. Elmin dini və qeyri - dini tərəfləri olmur. Əgər belə olarsa, humanitar islam elmləri də olmayacaqdır.

 

Onlar iddia edirlər ki, elmin üzərinə din “markası” vurulmayıb. Belə çıxır ki, humanitar elmləri də islamlaşdırmağın heç bir mənası yoxdur. Bu qənaətdədirlər ki, elm materializm ya da dindarlıqla heç bir qardaşlığa malik deyildir. Fizika, riyaziyyat, kimya və s... kimi dini ya qeyri - dini elmlər yoxdur. Ancaq normativ və insan zehninə tabe olan elmlər dini və ya qeyri - dini ola bilərlər. Məsələn: idarəçilik, iqtisadiyyat, sosialogiya və cəmiyyətə hakim olan qanunlar hamısı normativlərdir. Onlar ya dini rəngə boyanırlar və yaxud da ki qeyri - dini rəngdə olurlar.

 

İnsanlar Allahın məxluqudurlar. Fövqəl - təbii bir aləmlə bağlıdırlar. Bilməliyik ki, ilahi bir fərd olaraq insanın əvvəli və sonu aydındır. İlahi prizmadan yanaşdıqda əxlaq, iqtisadiyyat, ictimai məsələlər və müdiriyyət kimi işlər başqa bucaqda görsənəcəkdir.

 

Əgər “elm elə elmdir” deyilsə, bu fikir obyektiv mənzərdən yanaşan və varlıq aləminə ayid olan elmlərdə düzgündür. Bu elmlər metafizik aləminə bağlıdırlar.

 

 

http://shabestan.ir/detail/News/692552

 

اقتراحات

Ad :
Email:(Vacib deyil)
Şərhin mətni:
Göndər

نظرات ارسال شده