خبرگزاری شبستان

دوشنبه ۲۶ آذر ۱۳۹۷

الاثنين ٩ ربيع الثاني ١٤٤٠

Monday, December 17, 2018

Servis xəbərlərinin titri

Ayətullah Xamenei iqtisadi problemlərin həlli üçün ciddi qərarların verilməsini tələb etdi

Şəbistan Xəbər Agentliyi: İran prezidenti, parlament spikeri, Məhkəmə Sisteminin rəhbəri və İqtisadi Kordinasiya Şurasının üzvlərinin görüşü Ali Rəhbər Ayətullah Xameneinin hüzurunda keçirilib.

Servis Əsas səhifə Zaman :   Wednesday, February 28, 2018 Xəbər kodu : 32724

Allahın varlığının bir neçə dəqiqəyə sübutu
Nəql edilir ki, İmam Sadiq (ə) təvaf edən zaman Əbdülməlik adlı bir nəfər ona yaxınlaşır və onunla münazirə etmək istəyini bildirir. İmam (ə) da ona buyurur ki, təvafı bitirim, sonra gələrəm.

Nəql edilir ki, İmam Sadiq (ə) təvaf edən zaman Əbdülməlik adlı bir nəfər ona yaxınlaşır və onunla münazirə etmək istəyini bildirir. İmam (ə) da ona buyurur ki, təvafı bitirim, sonra gələrəm.

İmam (ə) təvafı bitirəndən sonra həmin şəxs İmamın (ə) yanına gəlir və yanında əyləşir. İmamın (ə) səhabələri və şagirdləri də orada əyləşmişdilər.

İmam (ə) həmin şəxsə buyurur: “Bilirsənmi ki, yerin üstü və altı vardır?”.

Deyir: “Bəli”.

Buyurur: “Onun altına getmisən?”.

Deyir: “Xeyr”.

Buyurur: “Bilirsənmi ki, yerin altında nə vardır?”.

Deyir: “Xeyr, ancaq güman edirəm ki, heç nə yoxdur”.

Buyurur: “O zamana qədər ki, yəqininin yoxdur, güman gücsüzdür. Səmaya qalxmısanmı?”.

Deyir: “Xeyr”.

Buyurur: “Bilirsənmi ki, səmanın üstündə nə vardır?”.

Deyir: “Xeyr”.

Buyurur: “Şərqə və qərbə getmisən?”.

Deyir: “Xeyr”.

Buyurur: “Sənə görə təəccüb edirəm. Nə şərqə getmisən, nə də qərbə. Nə yerin altına getmisən, nə də səmanın üstünə uçmusan. Oradan xəbərin yoxdur ki, arxasında nə vardır. Halbuki, onların arasında olan şeyi inkar edirsən. Məgər aqil bilmədiyi şeyi inkar edərmi?”.

Deyir: “Heç kəs mənə bu sözləri deməmişdi, Sizdən başqa!”.

Buyurur: “Sənin (Allahın varlığına) görə şəkkin vardır ki, görəsən doğrudur, yoxsa doğru deyildir?”.

Deyir: “Yəqin ki, belədir”.

Buyurur: “O kəs ki, bilmir, bilən kəsin üzərində hüccəti olmaz. Ona görə də cahilin alimin üzərində hüccəti yoxdur.

Ey misirli qardaş! Sözlərimi eşit! Biz Allah barəsində heç bir zaman şübhə etmirik. Məgər görmürsənmi ki, Günəş və Ay, gecə və gündüz olur və səhv etmirlər. Gedirlər və geri qayıdırlar. Çarəsizdirlər və məkanlarından başqa məkanları yoxdur. Əgər bacarsaydılar ki, getsinlər və geri qayıtmasınlar, bəs niyə geri qayıdırlar? Əgər çarəsiz deyildirlərsə, niyə gecə gündüz olmur? Gündüz isə gecə olmur?

Ey misirli qardaş! O zamana qədər ki, yerlərindədirlər və çarəsizdirlər və o Kəs ki, onları çarəsiz edibdir, onların özündən də böyük və möhkəmdir”.

Deyir: “Düz deyirsiniz”.

Buyurur: “Ey misirli qardaş! Səma göydədir və yer altdadır. Niyə səma yerə süqut etmir ki? Niyə torpaq dağılıb tökülmür ki, nə özünü saxlaya bilsin, nə də üzərində olanların hamısını?”.

Deyir: “Allaha and olsun ki, Allah onları saxlayır”. (Həvzəh)

Bu yolla həmin şəxs bu dəqiq məntiqi anlayır və dərk edir ki, hər saniyə kainatda baş verən milyardlarla prosesi idarə edən, tənzimləyən var və bu tənzimləyənin qüdrəti o dərəcədədir ki, bir anlıq da olsun proseslər tərs düşmür və qarışmır. O, iman gətirir və İmamın (ə) tələbələrindən olur. Sonra Misirdə və Şamda dərslər deməyə başlayır və tanınmış müəllim olur.

 

/Deyerler.org/

اقتراحات

Ad :
Email:(Vacib deyil)
Şərhin mətni:
Göndər

نظرات ارسال شده