خبرگزاری شبستان

دوشنبه ۲۶ آذر ۱۳۹۷

الاثنين ٩ ربيع الثاني ١٤٤٠

Monday, December 17, 2018

Servis xəbərlərinin titri

Ayətullah Xamenei iqtisadi problemlərin həlli üçün ciddi qərarların verilməsini tələb etdi

Şəbistan Xəbər Agentliyi: İran prezidenti, parlament spikeri, Məhkəmə Sisteminin rəhbəri və İqtisadi Kordinasiya Şurasının üzvlərinin görüşü Ali Rəhbər Ayətullah Xameneinin hüzurunda keçirilib.

Servis Əsas səhifə Zaman :   Wednesday, February 28, 2018 Xəbər kodu : 32721

“Sarayda vəzifə” kitabı nəşriyyat bazarında
Şəbistan xəbər agentliyi: Səid Məhəmmədinin “Sayarda vəzifə”roman kitabının ilk çapı Müqəddəs Cəmkəran məscidinin nəşriyyatı tərəfdən çap olundu.

Şəbistan xəbər agentliyinin Məhdəviyyət bölməsinin Müqəddəs Cəmkəran məscidinə istinadə edərək verdiyi xəbərə əsasən Səid Məhəmmədinin “Sayarda vəzifə”roman kitabının ilk çapı Müqəddəs Cəmkəran məscidinin nəşriyyatı tərəfdən 196 səhifədə çap olundu.

 Bu roman tarixi hadisələri nəql və hekayət edir. Romanın əsas mövzusu budur ki, İmam Kazımın (əleyhissalam) tərəfdar və şiələrindən biri Harun Ər-rəşid Abbasinin sarayına nüfuz edib, böyük vəzir vəzifəsinə təyin olunur. Roman üç fəsldən təşkil olunub. Onun hər bir fəsli isə bir neçə hissədən təçkil olunmuşdur. Onun bir-birinə bağlı olma xüsusiyyəti oxucunu sona qədər romanı oxumağa vadar edir.

 Məhəmməd Sadiqin kitabda romanın müxtəlif səhnələri haqda çəkdiyi şəkillər onun daha cəlbedici edir və oxucunun kitaba qarşı rəğbətini daha da artırır.

 Bu kitabın bir hissəsində oxuyuruq: “Əsgər evə daxil oldu və məst halda cavan qıza yaxınlaşır. Bir tərəfdən də orta yaşlı olan qızın anası əlində sopa ilə əsgərə hücum edir. Amma qadın ona çatmamışdan öncə əsgər qılıncını onun qarnına soxur. Qadın əllərini  əsgərin çiyinlərinə qoyduğu halda yavaş-yavaş dizləri süstləşir və yerə düşür. Əsgər qılıncı onun qarnından çıxarır və qadın açıq gözləri ilə arxası üstə yerə yıxılır. Cavan qız sehirlənmiş halda özündə qaçma gücü görmür və qışqırmaq gücü də tapmır. Əsgər ona tərəf irəlləyir………….”

http://shabestan.ir/detail/News/692255

اقتراحات

Ad :
Email:(Vacib deyil)
Şərhin mətni:
Göndər

نظرات ارسال شده