خبرگزاری شبستان

یکشنبه ۷ آذر ۱۴۰۰

الأحد ٢٣ ربيع الثاني ١٤٤٣

Sunday, November 28, 2021

Servis xəbərlərinin titri

Ayətullah Xamenei iqtisadi problemlərin həlli üçün ciddi qərarların verilməsini tələb etdi

Şəbistan Xəbər Agentliyi: İran prezidenti, parlament spikeri, Məhkəmə Sisteminin rəhbəri və İqtisadi Kordinasiya Şurasının üzvlərinin görüşü Ali Rəhbər Ayətullah Xameneinin hüzurunda keçirilib.

Servis Əsas səhifə Zaman :   Tuesday, February 27, 2018 Xəbər kodu : 32715
Mehdi tərəfdarlarının xüsusiyyətləri;
Allahı layiq olduğu tərzdə tanıdılar
Şəbistan xəbər agentliyi: İmam Sadiq (əleyhissalam) İmam Zamanın (əccələllah fərəchuş şərif) tərəfdar və dostlarının vəsfində buyurur: “Onlar elə bir şəxsiyyətlərdirlər ki, ürəkləri sakni dərim parçasıdır. Daşdan da möhkəmdirlər. Allahın zatı haqqında heç bir şəkk və şübhələri yoxdur.”

Şəbistan xəbər agentliyinin Məhdəviyyət  bölməsinin  müxbirinin verdiyi xəbərə əsasən Müqəddəs Cəmkəran məscidindinin teleqram  kanalında “ Həzrət Mehdinin (əccələllah fərəchuş şərif) tərəfdarlarının əsas xüsusiyyətləri adlı” bir yazı dərc olunmuşdu. Bu yazıda deyilir:

1-Dərin baxış

İmam Mehdinin (əccələllah fərəchuş şərif) tərəfdarlarının Allaha, İmama, insana və varlığa nisbət dərin baxışları vardır:

A) Allah-taala nisbət dərin baxış

Bu mərifət elə möhkəmdir ki, nə şübhələr onda xələl yaradır. Nə də tərdid və məğlubiyyətlər onun hərəminə daxil ola bilirlər.

 İmam Əli (əleyhissalam) buyurur: “ Onlar Allahı layiq olduğu tərzdə tanıyan insanlardır. Onlar axirəz-zamanda  Mehdinin (əccələllah fərəchuş şərif) tərəfdarlarıdırlar. (Əllamə Məclisi, Biharul-ənvar, c 57, s 229, Ayətullah Safi Qulpayqani, Müntəxəbul-əsər, s 611) Eləcə də İmam Sadiq (əleyhissalam) İmam Zamanın (əccələllah fərəchuş şərif) tərəfdar və dostlarının vəsfində buyurur: “Onlar elə bir şəxsiyyətlərdirlər ki, ürəkləri sakni dərim parçasıdır. Daşdan da möhkəmdirlər. Allahın zatı haqqında heç bir şəkk və şübhələri yoxdur.” (Yenə orada, c 52, s 308)

B) İmama qarşı dərin baxış

İmam Mehdinin (əleyhissalam) tərədarları  imamlarını tanıyırlar. Ona inanırlar. İmam Səccad (əleyhissalam) bu haqda buyurur: Onların İmam Mehdiyə (əleyhissalam) olan etiqadı çıx möhkəmdir. 

http://shabestan.ir/detail/News/691417

اقتراحات

Ad :
Email:(Vacib deyil)
Şərhin mətni:
Göndər

نظرات ارسال شده