خبرگزاری شبستان

چهارشنبه ۱۰ آذر ۱۴۰۰

الأربعاء ٢٦ ربيع الثاني ١٤٤٣

Wednesday, December 1, 2021

Servis xəbərlərinin titri

Ayətullah Xamenei iqtisadi problemlərin həlli üçün ciddi qərarların verilməsini tələb etdi

Şəbistan Xəbər Agentliyi: İran prezidenti, parlament spikeri, Məhkəmə Sisteminin rəhbəri və İqtisadi Kordinasiya Şurasının üzvlərinin görüşü Ali Rəhbər Ayətullah Xameneinin hüzurunda keçirilib.

Servis Əsas səhifə Zaman :   Tuesday, February 27, 2018 Xəbər kodu : 32711

Gənclərin məscidə cəzb edilməsi
Şəbistan Xəbər Agentliyi: Gənclərin məscidə cəzb edilməsində təkcə məscid və onun icması deyil, bütün dini qurumlar yaxından fəaliyyət göstərməlidirlər.

 

 

Gənclərin məscidə cəzb edilməsində təkcə məscid və onun icması deyil, bütün dini qurumlar yaxından fəaliyyət göstərməlidirlər.

 

Ayətullah Məhəmməd Sadiq Vəhid Gülpayiqani Şəbistan Xəbər Agentliyinin müxbiri ilə söhbətində bu fikiri bildirdi.

 

 

O, əlavə etdi: Məscid fəalları, əsl dindarlar hər şeydən qabaq təqva, ixlas, haqqpərəslik, ədalətpərvərlik əsasında rəftar etməli, öz danışıq və əməllərində bunları sərgiləməlidirlər.

 

 

Onlar müxtəlif sahələrdə xalqın suallarına və istəklərinə cavab verməlidirlər. Məscid axund və imamları da başqa məscid fəalları kimi Quran və Əhli - Beyt (ə) mərkəzçilik prinsipi əsasında əməl etməlidirlər. Hər hansı bir cinahın, qrup və partiyanın mənafeini müdafiə etmək hissindən uzaq olmalıdırlar. Baxmayaraq ki, bu qurumların və təşkilatların dini yönəmi də olsa, yenə də bu işi etməməlidirlər.

 

 

Ruhanilər Əhli - beytin (ə) ənənəsinə sadiq qalaraq gözəl əxlaq və ədalətlə rəftar etməlidirlər. Onların sözü Quran ayəsi və Əhli - Beytin (ə) hədislərinə əsaslanmalıdır. Hər hansı bir əsassız sözləri, yuxuları danışmaqdan çəkiməlidirlər.

 

 

Məsciddə görülən tədbirlər və mərasimlər cəzbedici, maraqlı və günün tələbatına uyğun olmalıdır.Çünkü gənclərin və cavanların ruhiyyəsi novatorluq və yeniliyi sevir. Buna görə təkrarçılıqdan, yeknəsək tədbirlərdən uzaq olmaq lazımdır. Əks halda, gənclər məscidə cəzb olunmayacaqlar. Yaddan çıxartmayaq ki, məsciddə özümüzdən büruz etdirdiyimiz pis rəftarlar, qəba davranışlar cavanların məsciddən uzaqlaşmasına səbəb olacaqdır.

 

http://shabestan.ir/detail/News/692056

 

اقتراحات

Ad :
Email:(Vacib deyil)
Şərhin mətni:
Göndər

نظرات ارسال شده