خبرگزاری شبستان

چهارشنبه ۲ آیان ۱۳۹۷

الأربعاء ١٤ صفر ١٤٤٠

Wednesday, October 24, 2018

Servis xəbərlərinin titri

Ayətullah Xamenei iqtisadi problemlərin həlli üçün ciddi qərarların verilməsini tələb etdi

Şəbistan Xəbər Agentliyi: İran prezidenti, parlament spikeri, Məhkəmə Sisteminin rəhbəri və İqtisadi Kordinasiya Şurasının üzvlərinin görüşü Ali Rəhbər Ayətullah Xameneinin hüzurunda keçirilib.

Servis Əsas səhifə Zaman :   Monday, February 26, 2018 Xəbər kodu : 32701

Düşüncə keçmişimizlə gələcək arasında elmi körpü salmalıyıq
Şəbistan Xəbər Agentliyi: İlk növbədə biz keçmiş elmi irsimizə qayıtdıqda öz düşüncə soykökümüzdə yatan müxtəlif ideyalar doktrina şəkilində götürməli, qabararaq müasir dövrün tələbinə uyğun olaraq təqdim etməyi bacarmalıyıq.

 

 

Tənqidi yanaşmalar üslubu ilə tarixi diriltməliyik.

 

 

Şəbistan Xəbər Agentliyi xəbər verir ki, İranın tanınmış mütəfəkkir və ziyalısı dr. Rza Davəri Ərdəkani son çıxışında bizim bir müsəlman və şərqli olaraq ənənəvi elmi keçmişimizin zəngin fikir və düşüncə bazası olduğunu, lakin bunun gələcəyə ötürməyimizin zəruri olduğunu bildirdi.

 

 

O qeyd etdi ki, bu iş son dərəcədə, necə deyərlər alimanə şəkildə baş verməlidir. İlk növbədə biz keçmiş elmi irsimizə qayıtdıqda öz düşüncə soykökümüzdə yatan müxtəlif ideyalar, məsələn: siyasi - fəlsəfi, fəlsəfi - ictimai və başqa faydalə olan təlimləri doktrina şəkilində götürməli, qabararaq müasir dövrün tələbinə uyğun olaraq təqdim etməyi bacarmalıyıq. Biz nəzəriyyələrin içində yatan potensial və məziyyələri göstərməliyik. Məsələn, Xacə Nizamul - Mülk Tusi siyasi xadim olaraq, İbn Xalidun tanınmış tarixcisi olaraq və ya Nəsrəddin Tusi şöhrətli filisof olaraq güclü söz fikir və elmi metodlara malikdirlər. Biz tənqidi üsularla onlara yanaşaraq onları tanıtdıra bilərik. Tam dəqiqliklə desək, öz keçmiş elmi irsimizə qayıtmaq ya müraciət etməklə onlarda yatan elmi və praktiki nüans və məqamları, hansı ki, gerçəklik və real həyata bağlıdır, tənqidi üslublarla və ciddi şəkildə üzə çıxarıb cəmiyyətə anlatmalıyıq.

 

 

Bu mənim söyləmək istədiyim müxtəlif yollardan helə birincisidir.

 

http://shabestan.ir/detail/News/691472

 

 

اقتراحات

Ad :
Email:(Vacib deyil)
Şərhin mətni:
Göndər

نظرات ارسال شده