خبرگزاری شبستان

شنبه ۲۴ آذر ۱۳۹۷

السبت ٧ ربيع الثاني ١٤٤٠

Saturday, December 15, 2018

Servis xəbərlərinin titri

Ayətullah Xamenei iqtisadi problemlərin həlli üçün ciddi qərarların verilməsini tələb etdi

Şəbistan Xəbər Agentliyi: İran prezidenti, parlament spikeri, Məhkəmə Sisteminin rəhbəri və İqtisadi Kordinasiya Şurasının üzvlərinin görüşü Ali Rəhbər Ayətullah Xameneinin hüzurunda keçirilib.

Servis Əsas səhifə Zaman :   Saturday, February 24, 2018 Xəbər kodu : 32687

Nə edək ki, halımız həmişə bahar fəsli kimi xoş olsun
Şəbistan xəbər agentliyi: Allahın, Quranın və ilahi nümayəndələrin istəyi budur ki, insanların fikri və ruhu həmişə bahar fəsli kimi xoş olsun. Çünki bu insanın inkişafının, tərəqqisinin və Allaha yaxınlaşmasının nişanəsidir.

Elm və Quran maarifi universitetinin Höccətül-islam Məhəmməd Əkbəri tədqiqat üzrə müavini Şəbistan xəbər agentliyinin Quran və maarif jurnalisti ilə müsahibəsində dedi: Bayram və bahar Quran və Əhli-beytin (ə) nəzərində çox uca məqamı vardır. Həmçinin o insan üçün həlledici rola malikdir. Quranda və hədislərdə "eyd" (bayram) və "bahar" kəlmələri zikr olunmuşdur. İmam Zamanın (əc) ləqəblərindən biri "Rəbiül-ənam" yəni "camaatın baharı" mənasınadır. Habelə "Rəbi" Quranın ləqəblərindən biri kimi də zikr olunmuşdur: Hər bir şeyin baharı vardır. Qəlblərin baharı Quran, onu tilavət etmək və onunla ünsiyyət qurmaqdır.

O, əlavə etdi ki, mömin insanın baharı mənəvi yüksəliş, nəfsin tərbiyəsi və Mütəal Allahla daimi əlaqə qurmaqdır. İnsanın qəlbi, fikri və nəfsi diri olduğu zaman demək olar ki, o həqiqi həyata sahibdir. Çünki bir şəxsin diriliyi onun ilahi mərifəti qədərindədir. İnsan Allahşünaslıq, imamşünaslıq, vəzifəşünaslıq və dünyaşünaslıq mərhələsinə nail olduğu zaman həqiqi mənada bahara yetişmişdir. Öz ömrünün bahar fəslini keçirtmiş olur.

O, bildirdi ki, Allahın, Quranın və ilahi nümayəndələrin istəyi budur ki, insanların fikri və ruhu həmişə bahar fəsli kimi xoş olsun. Çünki bu insanın inkişafının, tərəqqisinin və Allaha yaxınlaşmasının nişanəsidir. Bu inkişaf və yüksəliş də yalnız ibadətlə, bəndəliklə və Quran təlimlərini öyrənməklə əldə olunar.http://www.shabestan.ir/detail/News/691679

اقتراحات

Ad :
Email:(Vacib deyil)
Şərhin mətni:
Göndər

نظرات ارسال شده