خبرگزاری شبستان

دوشنبه ۴ تیر ۱۳۹۷

الاثنين ١٢ شوّال ١٤٣٩

Monday, June 25, 2018

Servis xəbərlərinin titri

Azərbaycanda “İran mədəniyyət həftəsi” keçiriləcək

Şəbistan Xəbər Agentliyi: İran İslam Respublikasının Azərbaycan Respublikasında mədəniyyət həftəsi İranın islami mədəniyyət və irşad naziri və ölkəmizin bir qrup incəsənət xadiminin iştirakı və müxtəlif mədəni proqramların icra edilməsi ilə Bakıda və Gəncədə başlanacaq.

Servis Əsas səhifə Zaman :   Saturday, February 24, 2018 Xəbər kodu : 32686
Nigəhban şurasının üzvü
Təfriqənin mənşəi dinsizlikdir
Şəbistan xəbər agentliyi: Nigəhban şurasının üzvü dinin vəhdət və birlik yaratmasına təkid edərək dedi: Təfriqənin mənşəi dinsizlikdir.

Şəbistan xəbər agentliyinin jurnalistinin verdiyi xəbərə əsasən, Nigəhban şurasının üzvü Möhsin İsmaili keçən gecə İslam İnqılabının şəhidlər mərkəzində keçirilən Nəhcül-bəlağənin şərhi məclisində dedi: Eqoistlik ixtilafın məşəidir.

O, əlavə etdi ki, eqoistlik bidət yaratmaq kimi digər çox böyük bir təhlükə ilə birlikdədir. İmam Əli (ə) Nəhcül-bəlağədə fitnələrin mənşəinin insanın eqoistliyi və dində yaratdığı yeniliklər olduğunu bəyan edir. O Həzrət sözünün davamında onun dəlilini belə izah edir. Əgər eqoistliklər aşkar olsa, camaat dini cəmiyyətdə aldanmaz, Allahı buraxıb eqoistlərdən tabeçilik etməz.

O, qeyd etdi ki, eqoist insanlar üzərlərinə din örtüyü çəkib, din bayrağı altında eqoistlik edirlər. Həyatın hər bir səthində bütün fərdi, ailəvi və ictimai əlaqələrdə ixtilafdan qaçmağın yolu budur ki, insan Allahın qarşısında özünü unutsun. Hədəfi hər şeydən daha önəmli bilsin. Buna görə də biz bütün sahələrdə sırf ilahi göstərişlərə tabe olmalıyıq. Öümüz üçün vəzifə kimi təyin etdiyimiz şeylərə deyil, həqiqətdə vəzifəmizə əməl etməliyik. Bu şəkildə əməl etsəl həqiqətdə təqvaya əməl etmişik.

O, Quran ayələrinə istinad edərək dedi: Özlərini üstün göstərmək istəyənlər yer üzərində fəsad yaradırlar. Buna görə də xeyirli aqibət onlara qismət olmur. Çünki yaxşı aqibət dünya və axirətdə təqvalılarındır. Mütəal Allah təqvalıları o şəxslərin qarşısında qərar vermişdir ki, dünyada üstünlük və fəsad etmək istəyirlər. Yəni təqvalılar o şəxslərdirlər ki, özlərini üstün tutmaq, ixtilaf və fəsad yaratmaq istəmirlər. Bu təqvadır ki, ixtilafa mane, dostluq, qardaşlıq və vəhdətə səbəb olur.  http://www.shabestan.ir/detail/News/691311

اقتراحات

Ad :
Email:(Vacib deyil)
Şərhin mətni:
Göndər

نظرات ارسال شده