خبرگزاری شبستان

چهارشنبه ۲۸ شهریور ۱۳۹۷

الأربعاء ٩ المحرّم ١٤٤٠

Wednesday, September 19, 2018

Servis xəbərlərinin titri

Livanın Hizbullah hərəkatının baş katibi Seyid Həsən Nəsrullah:

Trampın müharibə, xarabalıq və kütləvi qırğınla heç bir problemi yoxdur

Şəbistan Xəbər Agentliyi: Trampı müharibə və soyqırımla bağlı heç bir problemi olmayan dünyaya vurğun birisi kimi səciyyələndirən Seyid Həsən Nəsrullah, mərasimdə iştirak edən veteranlar və yaralılara belə müraciət edib: “Sizlər bu istiqamətdə (zülmlə mübarizədə) baş verənlərin canlı şahidisiniz”.

Servis Əsas səhifə Zaman :   Thursday, February 22, 2018 Xəbər kodu : 32677
Qüds Rəzəvi Astanının rəhbəri
Fəqirlik, fəsad, ədalətsizlik və ayrımcılık İslam rejiminə yaraşmır
Şəbistan xəbər agentliyi: Qüds Rəzəvi Astanının rəhbəri dedi: Əcnəbilərin, aristokrat yaşamın, ayrımcılığın, fəsadın və fəqirliyin qarşısında dayanmaq habelə məhrum insanlara, zəif saxlanılmışlara diqqət etmək və Vəliyyi Fəqihdən itaət etmək İmam Xomeyninin (rəh) qoyduğu yoldur. Bu məsələ həmçinin İslam Peyğəmbərinin (s) və Quranın təlimlərindən alınmışdır.

Şəbistan xəbər agentliyinin Quran və maarif jurnalistinin verdiyi xəbərə əsasən, İmam Rzanın (ə) müqəddəs Astanının rəhbəri Höccətül-islam vəl-müslimin İbrahim Rəisi bu gün İsfənd ayının birinci günü Həzrət  Zəhranın (s) Həft Tir meydanında keçirilən əzadarlıq mərasimində qeyd etdi ki, Peyğəmbər (s) cahiliyyət düşüncəsi və əxlaqı yerinə Quran və tövhid əsasında bir şəhər inşa etməyə çalışdı.

O, əlavə etdi ki, Peyğəmbərin (s) tövhid, mənəviyyat, ədalət, isar və cihad əsasında bir şəhər inşa etmək istəyirdi.

O, qeyd edi ki, Quran o dövrdəki və bütün əsrlərdəki insanlara buyurur: Peyğəmbər (s) ilahi dəyərlər əsasında bir mədəniyyət yaratdı ki, məhrumlara və əzilmişlərə diqqətsizlikdən uzaqlaşdırır.

O, dedi ki, Quran müsəlmanlara xatırladır ki, İslam cəmiyyətini və mədəniyyətini təhdid edən afətlərdən qoruyun. Çünki sizdən də qabaqkı peyğəmbərlərin xalqları diqqətsizlik ucbatından süqut etmişlər.

Qüds Rəzəvi Astanının rəhbəri dedi: Əcnəbilərin, aristokrat yaşamın, ayrımcılığın, fəsadın və fəqirliyin qarşısında dayanmaq habelə məhrum insanlara, zəif saxlanılmışlara diqqət etmək və Vəliyyi Fəqihdən itaət etmək İmam Xomeyninin (rəh) qoyduğu yoldur. Bu məsələ həmçinin İslam Peyğəmbərinin (s) və Quranın təlimlərindən alınmışdır. 

O, habelə bildirdi ki, fəqirlik, fəsad, ədalətsizlik və ayrımcılık İslam rejiminə yaraşmır.http://www.shabestan.ir/detail/News/690978

اقتراحات

Ad :
Email:(Vacib deyil)
Şərhin mətni:
Göndər

نظرات ارسال شده