خبرگزاری شبستان

یکشنبه ۳ تیر ۱۳۹۷

الأحد ١١ شوّال ١٤٣٩

Sunday, June 24, 2018

Servis xəbərlərinin titri

Əxlaq ustadı Höccətül-İslam Əli Əkbər Musəvi Hüseyninin ölümü münasibətilə

Ayətullah Xamenei başsağlığı verib

Şəbistan Xəbər Agentliyi: Ali Rəhbər Ayətullah Seyid Əli Xamenei imanlı alim və əxlaq ustadı mərhum Höccətül-İslam Hacı Şeyid Əli Əkbər Hüseyni Musəvinin vəfatı münasibətilə başsağlığı verib.

Servis Əsas səhifə Zaman :   Thursday, February 22, 2018 Xəbər kodu : 32674
Məhdəviyyət üzrə mütəxəssisin Şəbistanla müsahibəsi:
Quranın İmam Zaman (ə) dövləti haqda vədləri
Şəbistan xəbər agentliyi: Hövzə və universitet müəllimi təkid etdi: Dünya məzlumlarının köməyi və son qələbəsi Həzrət İmam Zamanın (ə) yer üzərinə salacağı müqəddəs nuru sayəsində olacaq. Bu haqq olan bir vədədir. Bu qələbə Allahın lütfü nəticəsində həyata keçəcək və gerçəkləşəcək.

Şəbistan xəbər agentliyinin Məhdəviyət bölməsinin verdiyi məlumata əsasən Quran baxımdan İmam Zaman (ə) əsrinin xüsusiyyətlərini, Quran ayələrində xilaskar haqda tədqiq və haqqın hakimiyyəti  bizi Məhdəviyyət sahəsində mütəxəssis olan və əsərlər müəllifi olan Höccətül-islam Cavad Cəfəri ilə söhbət aparmağa vadar etdi. Bu söhbəti sizə təqdim edirik:

Qurani-kərimdəki Məhdəviyyət ayələrinə açıqlama verin

Mübarək Əsr surəsinin ilk ayələri haqda Şeyx Səduq ® “Kəmaluddin və təmamun-nemət” kitabında İmam Sadiqdən (ə) hədis nəql edir. “İmam Sadiq (ə) buyurur: “Vəl-əsr” ayəsindən məqsəd Həzrət Qaimin (ə) zühur əsridir.”

Bu ayə açıq-aydın İmam Zamanın (ə) dünyəvi inqilabının başlanğıcına işarə edir.

 Mübarək Buruc surəsinin ilk ayələri haqda İmam Əli (ə) İslam peyğəmbərindən (s) belə bir hədis nəql edir: Bir gün bir şəxs Peyğəmbərdən (s) soruşdu ki, Sizdən sonar müsəlmanlara neçə nəfər imam gələcək:

Peyğəmbər (s) onun cavabında buyurdu:

«وَالسَّمَاءِ ذَاتِ الْبُرُوجِ»

Daha sonra buyurdu:

«عددهم به عدد بروج»

 İslam peyğəmbəri (s) bu hədisdə bildirmək istəyir ki, necəki səmada on iki bürc vardır. Mənim canişimlərim və məndən sonrakı imamların sayı da on ikidir. Onların ilki Əmirəl-möminin İmam Əli (ə) sonuncusu isə Həzrət Höccətdir (ə.c).

 Daha sonar Həzrət Rəsulallah (s) buyurdu: “Qaim (ə.c) yeri üzü zülm və haqsızlıqla dolduqdan sonar bütün yer üzünü ədalətlə dolduracaq.”

  Qurani-kərimin mötəbər təfsirlərində Buruc surəsinin ilk ayələrinin təfsirində buyurulur ki, Peyğəmbər (s) bu ayənin təsfirində özündən sonar gələcək imamların məqamlarını və sayını açıq-aşkar açıqlayır.

http://shabestan.ir/detail/News/691243

اقتراحات

Ad :
Email:(Vacib deyil)
Şərhin mətni:
Göndər

نظرات ارسال شده