خبرگزاری شبستان

دوشنبه ۴ تیر ۱۳۹۷

الاثنين ١٢ شوّال ١٤٣٩

Monday, June 25, 2018

Servis xəbərlərinin titri

Azərbaycanda “İran mədəniyyət həftəsi” keçiriləcək

Şəbistan Xəbər Agentliyi: İran İslam Respublikasının Azərbaycan Respublikasında mədəniyyət həftəsi İranın islami mədəniyyət və irşad naziri və ölkəmizin bir qrup incəsənət xadiminin iştirakı və müxtəlif mədəni proqramların icra edilməsi ilə Bakıda və Gəncədə başlanacaq.

Servis Əsas səhifə Zaman :   Thursday, February 22, 2018 Xəbər kodu : 32670

Saleh və ləyaqətli övladın tərbiyəsi üçün Həzrəti Fatimə (s) - nın metodu
Şəbistan Xəbər Agentliyi: O, salamdan sonra övladlarına “gözümün nuru, qəlbimin meyvəsi” deyə xitab edərdi. Bu, böyük bir dərsdir. Bu gün valideynlər övladları ilə hansı dillə danışırlar?

 

 

Həzrəti Zəhra (s) - nın həyat tərzində övlad tərbiyəsi hansı metodlarla həyata keçirilirdi? Tarix bu barədə nə deyir?

 

 

Bu və ya digər suallara cavab almaq üçün Şəbistan Xəbər Agentliyinin müxbiri Qum dini elmlər hövzəsinin ustadı höccətül - islam vəl - müslimin Möhsün Qəmərzadəyə müraciət etdi.

 

 

Ruhani bildirdi: Həzrəti Zəhra (s) - nın övladları, qonşuları və xalqla davranışı xüsusi meyarlar əsasında idi. O, həmişə kimlərə isə kömək edirdi. Deməli, başqalarına kömək dəyərini övladlara göstərilirdi.

 

 

İkinci yol Həzrəti Zəharnın (s) öz mehr və məhəbbətini, hiss və duyğularını qəzəbindən qabağa salması idi. O, şiddətli dərəcədə övladlarına məhəbbət göstərərdi. Peyğəmbərimiz də qızına qarşı belə idi. Fatimeyi - Zəhra (s) övladlarını məhəbbətə qərq etmişdi. O, salamdan sonra övladlarına “gözümün nuru, qəlbimin meyvəsi” deyə xitab edərdi. Bu, böyük bir dərsdir. Bu gün valideynlər övladları ilə hansı dillə danışırlar? Elə bir şəkildə rəftar edirlər ki, övladları atasından qorxur ya anasının hirsli olduğu zaman onlarla etdiyi rəftarlar onların zehnindən silinmir. Fatimeyi Zəhra (s) isə övladları ilə qəzəblə deyil, məhəbbətlə rəftar edərdi. Heç vaxt övladları ilə dava etməzdi.

 

 

O, həmişə övladlarına şəxsiyyət verər, “ən kiçiyi ən böyük saymaq” prinsipi ilə hərəkət edərdi. Məsələn, kiçik övladları ilə böyük insanlar kimi rəftarlar edərdi.Oğlu Həsən (ə) məsciddən qayıdanda minbər düzəldib, onu minbər üstündə otuzdurardı. Peyğəmbərin nə dediyinin təkrarlamasını istəyərdi. Həzrəti Zəhara (s) öz övladı ilə böyük bir insanla danışdığı kimi danışardı. Bundan belə ibrət götürürük ki, valideyn övladının gözü və qulağı olmalı və ona diqqətlə qulaq asmalıdır.

 

http://shabestan.ir/detail/News/691049

 

اقتراحات

Ad :
Email:(Vacib deyil)
Şərhin mətni:
Göndər

نظرات ارسال شده