خبرگزاری شبستان

دوشنبه ۴ تیر ۱۳۹۷

الاثنين ١٢ شوّال ١٤٣٩

Monday, June 25, 2018

Servis xəbərlərinin titri

Azərbaycanda “İran mədəniyyət həftəsi” keçiriləcək

Şəbistan Xəbər Agentliyi: İran İslam Respublikasının Azərbaycan Respublikasında mədəniyyət həftəsi İranın islami mədəniyyət və irşad naziri və ölkəmizin bir qrup incəsənət xadiminin iştirakı və müxtəlif mədəni proqramların icra edilməsi ilə Bakıda və Gəncədə başlanacaq.

Servis Əsas səhifə Zaman :   Thursday, February 22, 2018 Xəbər kodu : 32669

Müsibətlərinin kənarında Həzrəti Zəhra (s) - nın əzəməti də bəyan edilməlidir
Şəbistan Xəbər Agentliyi: Ayətullah Nasir Məkarim Şirazi: Əlbəttə, müsibətləri də bəyan etməliyik, lakin onların kənarında Həzrəti Zəhra (s) - nın həyat dərslərini, onda gizlənən ibrətləri də xalqa çatdırmalıyıq

 

Şəbistan Xəbər Agentliyi xəbər verir ki, Ayətullah Nasir Məkarim Şirazi dünən İranın Qum şəhərində yerləşən Əzəm məscidində söylədiyi açıq ali fiqh mühazirələrində dedi: Əfv və güzəşt olduqca önəmli bir məsələdir ki, bu sahədə həmişə cidd və cəhdlə çalışmalıyıq.

 

 

O, sonra əyyami -fatimiyyədən danışdı və dedi: Bu günlər böyük matəm təntənəsi və əzəmətlə qeyd edilir. Həzrət Fatimə (s) - nın şəhadət günləri təkrar olunur. Xalq bu mərasimlərə qatılır.

 

 

Alim daha sonra xətib və məddahlara da tövsiyə etdi: Həzrəti Fatimə (s)- dan danışdıqda yalnız zikri - müsibətə yer vermək lazım deyildir. Həzrəti Zəhranın (s) məziyyətləri də bəyan edilməlidir. Fədək xütbəsi elə bir məsələdir ki, onun fonunda ilk olaraq Həzrəti Zəhra (s) - nın şücaəti bəyan edilməlidir. Həzrəti Zəhra (s) hamının qarşısında dayandı, elə şücaətlə alovlu çıxış etdi ki, onun qarşısında hamı təslim oldu. Həzrəti Zəhra (s) başına gələn bütün müsibətlərə baxmayaraq bir xütbədə islam dininin bütün üsuli - din və fürui - dini, təməl və şaxə prinsiplərini söylədi. Və bütün bunları fəsahət və bəlağətlə bəyan etdi. Bunları demək, xalqa çatdırmaq lazımdır. Əlbəttə, müsibətlərini də bəyan etməliyik, lakin onların kənarında Həzrəti Zəhra (s) - nın həyat dərslərini, onda gizlənən ibrətləri də xalqa çatdırmalıyıq. Həzrəti Zəhra (s) - nın əzəməti deyilməlidir. O, ibadətdə, həyat tərzində, ailəyə qayğıda... örnəkdir. Bunu yaddan çıxartmaq, bundan qafil olmaq olmaz.

Bu məsələləri xalqa əyani təsvir etməliyik.

 

http://shabestan.ir/detail/News/691072

اقتراحات

Ad :
Email:(Vacib deyil)
Şərhin mətni:
Göndər

نظرات ارسال شده