خبرگزاری شبستان

چهارشنبه ۴ مهر ۱۳۹۷

الأربعاء ١٦ المحرّم ١٤٤٠

Wednesday, September 26, 2018

Servis xəbərlərinin titri

“Hər gün Aşura və hər yer Kərbəladır” şüarının Fərəc duası ilə əlaqəsi

Şəbistan Xəbər Agentliyi: Həzrəti Mehdi (ə) - ın yolunu gözləyən müntəzirlərin qurduğu həyat tərzi, yəni intizar üzərində qurulan yaşam tərzi ilə aşura mədəniyyəti arasında hansı əlaqələr vardır?

Servis Əsas səhifə Zaman :   Thursday, February 22, 2018 Xəbər kodu : 32668

Məscidlər təhdidləri fürsətlərə çevirməlidirlər
Şəbistan Xəbər Agentliyi: Məscidlərin günün tələbatına cavab verəcəyi səviyyədə qurulması və yeni avadanlıqla təchiz edilməsi, o cümlədən də günümüzün müasir problemlərinin məsciddə həll edilməsi olduqca zəruridir.

 

Namazın Bərpası İdarəsinin əyalətlərlə iş üzrə söbə müdiri Məsud Dəris Şəbistan Xəbər Agentliyinin müxbiri ilə söhbətində məscidlərin mədəni inkişafda tövhəsindən danışdı və bildirdi ki, məscidlər sosial şəbəkələr, internet məkanı və virtual aləmidə dini inancları, xüsusən gənclərin dini təfəkkürünə yönəli təhdidləri fürsətlərə çevirə bilər.

 

Müsahibimiz namazın əməli təbliğatından danışarkən dedi: Bu sahədə qabağlıyıcı tədbirlər görürmüşdür. Lakin daha çox hümmət göstərməyə ehtiyac vardır. Məsələn, Namazın Bərpası İdarəsinin sədri Möhsün Qiraəti müxtəlif şose və magistrallarda namazxanaların tikilməsi təşəbbüsü ilə çıxış edmişdir.

 

 

Məscidlər Allahın evi olaraq dini və mədəni ocaqlar sayılırlar. Ölkə rəsmləri buna xüsusi diqqət yetirməlidirlər. Buna görə də məscidlərin günün tələbatına cavab verəcəyi səviyyədə qurulması və yeni avadanlıqla təchiz edilməsi, o cümlədən də günümüzün müasir problemlərinin məsciddə həll edilməsi olduqca zəruridir. Yalnız məscidin suyunun, elektirik enerjisi və qazının pulsuz olması ilə kifayətlənmək olmaz.

 

 

Məsciddə viltual aləmdən istifadə yolları araşdırılıb, öyrənilməlidir. Burada gənclərin ideoloji, əxlaqı dəyərlərinə təsir edəcək tendensiyalarla mübarizə aparmaq mərkəzi olmalıdır. Bunun üçün məscidlərdə baza yaradılmalıdır və bu bazada tanınmış mütəxəssislər çalışmalıdır. Lakin ölkədə bu məsələyə az əhəmiyyət verilir.

 

 

Məscidlər düşmənin sosial şəbəkələr vasitəsi ilə mədəniyyət sahəsinə saldırdıqları basqınlar və hücumların əsas müdaiyə səngər və mübarizə bazası olmalıdır. Biz sosial şəbəkələrin təhdidlərini fürsətə çevirməliyik. Əlbəttə, bunu üçün məscidə maddi və mənəvi dəstək artırılmalıdır. Məscidlərdə ayıqlıq, bəsirət və dərin maarifləndirmələr ilə düşmənin məkrli planlarının qabağın almaq olar. Belə edəriksə, ictimai sahələrdə mədəni problemlərin və qüsurların azalmasının şahidi ola bilərik.

 

http://shabestan.ir/detail/News/690295

 

اقتراحات

Ad :
Email:(Vacib deyil)
Şərhin mətni:
Göndər

نظرات ارسال شده