خبرگزاری شبستان

دوشنبه ۴ تیر ۱۳۹۷

الاثنين ١٢ شوّال ١٤٣٩

Monday, June 25, 2018

Servis xəbərlərinin titri

Azərbaycanda “İran mədəniyyət həftəsi” keçiriləcək

Şəbistan Xəbər Agentliyi: İran İslam Respublikasının Azərbaycan Respublikasında mədəniyyət həftəsi İranın islami mədəniyyət və irşad naziri və ölkəmizin bir qrup incəsənət xadiminin iştirakı və müxtəlif mədəni proqramların icra edilməsi ilə Bakıda və Gəncədə başlanacaq.

Servis Əsas səhifə Zaman :   Thursday, February 22, 2018 Xəbər kodu : 32667

Həzrəti Zəhra (s) imamət və vilayətin ilk müdafiəçisi idi
Şəbistan Xəbər Agentliyi: Atası öz qızına “atasının anası” deyə xitab edərdi. Həzrəti Fatimə (s) “cənnət qadınlarının seyyidəsi və xanımı”dır. Övladları da cənnət cavanlarının sərvərləridir.

 

 

Şəbistan Xəbər Agentliyi xəbər verir ki, İran Məscidlərinin Mədəniyyət - İncəsənət Mərkəzlərinin Kermanşah əyaləti üzrə məsul şəxsi Təyyib Səfəri Həzrəti Fatimə (s) - nın misilsiz şəxsiyyətindən danışarkən dedi: İslam aləminin bu böyük və müqəddəs qadını Peyğəmbərin (s) qızı olaraq tam fərqli bir örnək nümunəsi idi. İmam Əli (ə) - ın həyat yoldaşı olaraq nümunəvi bir ailə idi. Öz övladları üçün taysız və bərabərsiz bir ana idi.

 

 

Atası öz qızına “atasının anası” deyə xitab edərdi. Həzrəti Fatimə (s) “cənnət qadınlarının seyyidəsi və xanımı”dır. Övladları da cənnət cavanlarının sərvərləridir.

 

 

Xanım Fatimeyi - Zəhra (s) Məhəmməd (s) ümmətinin ən gözəl şəxsi ilə ailə qurdu. Onun həyat yoldaşı İslamı hamıdan qabaq qəbul etmişdi. Helm, səbr, elm, zöhd və şücaətin ən yüksək qülləsində dayanırdı. Bütün bunlar eyni zamanda da Fatimeyi - Zəhranın (s) da yüksək şəxsiyyətin aşkar edir, çünkü İmam Əli (ə) - dan başqa kimsə ona həyat yoldaşı olmaq ləyaqətinə malik deyildi.

 

 

Xanım Fatimeyi - Zəhra (s) - nın əri və övladları ümmətin rəhbərləri, Həzrəti Rəsulullah (s)-in vəsiləri və məsum imamlar idilər. Bu böyük fəxr, yalnız o xanım üçün zikir edilə bilər.

 

 

Xanım Fatimeyi - Zəhra (s) - nın bu böyük şəxsiyyəti həyatın hər bir sahəsində imamətin müdafiəsi, hicab, iffət, ailə, övlad tərbiyəsi və s... və bütün sahələrdə nümunə ola bilər.

 

http://shabestan.ir/detail/News/691070

 

اقتراحات

Ad :
Email:(Vacib deyil)
Şərhin mətni:
Göndər

نظرات ارسال شده