خبرگزاری شبستان

یکشنبه ۳ تیر ۱۳۹۷

الأحد ١١ شوّال ١٤٣٩

Sunday, June 24, 2018

Servis xəbərlərinin titri

Əxlaq ustadı Höccətül-İslam Əli Əkbər Musəvi Hüseyninin ölümü münasibətilə

Ayətullah Xamenei başsağlığı verib

Şəbistan Xəbər Agentliyi: Ali Rəhbər Ayətullah Seyid Əli Xamenei imanlı alim və əxlaq ustadı mərhum Höccətül-İslam Hacı Şeyid Əli Əkbər Hüseyni Musəvinin vəfatı münasibətilə başsağlığı verib.

Servis Əsas səhifə Zaman :   Wednesday, February 21, 2018 Xəbər kodu : 32665
Höccətül-islam vəl-müslimin Ali
Ailə bağlarının ayrılması insanın süqutunu asanlaşdırır
Şəbistan xəbər agentliyi: Höccətül-islam vəl-müslimin Ali dedi: Bu gün şeytan və onun ordusu müxtəlif ailə bağlarını hədəf alıblar. Əgər bu işdə nəticə alsalar, insanın süqutu asanlaşar.

Şəbistan xəbər agentliyinin jurnalistinin verdiyi xəbərə əsasən, elmi hövzənin ustadı Höccətül-islam vəl-müslimin Məsud Ali keçən gecə Peyğəmbərin (s) qızı Həzrət Zəhranın (s) şəhadəti münasibəti ilə İmam Xomeyni (rəh) hüseyniyyəsində İnqılabın Ali Rəhbərinin iştirakı ilə keçirilən əzadarlıq mərasimində dedi: İmam Zaman (əc) qeybət dövründən və uzun heyranlıqdan sonra şiələri üçün zühur edəcək. Bu zaman ixlaslı insanlardan qeyriləri süqut edəcəklər.

O, əlavə etdi ki, Necə ki, tarix boyu insanın elmi və təcrübəsi artır, şeytanların hiylə və aldatma məharətləri də artır. Bir həddə ki, o möminlərə zərbə vurmaq üçün bütün hiylələrindən istifadə edir.

O, Peyğəmbərin (s) Əliyə (ə) xitab etdiyi hədisə istinad edərək dedi: Həzrət buyurdu: Ey Əli! Siz bildiyiniz hidayət yollarının sayı qədər şeytanda azdırmaq yolları bilir.

Höccətül-islam vəl-müslimin Ali dedi: Bu gün şeytan və onun ordusu müxtəlif ailə bağlarını hədəf alıblar. Əgər bu işdə nəticə alsalar, insanın süqutu asanlaşar. Ailə bağlarının ayrılması insanın süqutunu asanlaşdırır. Şeytanın bağlılıqları aradan aparmaq üçün hədəflərindən biri fəsad, fitnə, kin və düşmənçilik yaratmaqdır.

O, əlavə etdi ki, bu gün virtual aləm ya sosial şəbəkələr şeytanın planlarından biri olub ki, ailə üzvlərinin bir-birindən uzaq düşmələrinə səbəb olmuşdur.http://www.shabestan.ir/detail/News/691099

اقتراحات

Ad :
Email:(Vacib deyil)
Şərhin mətni:
Göndər

نظرات ارسال شده