خبرگزاری شبستان

یکشنبه ۳ تیر ۱۳۹۷

الأحد ١١ شوّال ١٤٣٩

Sunday, June 24, 2018

Servis xəbərlərinin titri

Əxlaq ustadı Höccətül-İslam Əli Əkbər Musəvi Hüseyninin ölümü münasibətilə

Ayətullah Xamenei başsağlığı verib

Şəbistan Xəbər Agentliyi: Ali Rəhbər Ayətullah Seyid Əli Xamenei imanlı alim və əxlaq ustadı mərhum Höccətül-İslam Hacı Şeyid Əli Əkbər Hüseyni Musəvinin vəfatı münasibətilə başsağlığı verib.

Servis Əsas səhifə Zaman :   Wednesday, February 21, 2018 Xəbər kodu : 32662

Afrin düyünü - kim kimin dostudur?
Türkiyənin Suriyanın şimalında Afrin vilayətinin terrorçulardan azad edilməsi üçün başlatdığı “Zeytun budağı” əməliyyatının bir ayı tamam oldu.

Türkiyənin Suriyanın şimalında Afrin vilayətinin terrorçulardan azad edilməsi üçün başlatdığı “Zeytun budağı” əməliyyatının bir ayı tamam oldu. Bir ay davam edən əməliyyatlar nəticəsində Türkiyə ordusu və müttəfiq qüvvələr ümumilikdə 52 kənd də daxil olmaqla, 78 nöqtəni ələ keçirib. Bu, ümumilikdə Afrindəki yaşayış məntəqələrinin 10 faizi deməkdir.

Türkiyə ordusu Baş Qərargahının məlumatına əsasən, bir ay ərzində hava zərbələri və quru əməliyyatları zamanı 1641 YPG və PKK terrorçusu zərərsizləşdirilib. Ancaq YPG bu məlumatı təkzib edir. Suriyalı kürdlər 100 nəfərdən bir qədər çox itkilərinin olduğunu bəyan ediblər. Ancaq Suriya İnsan Haqları Müşahidə Evi YPG tərəfdan 197 nəfərin öldürüldüyünü açıqlayıb. Öldürülən YPG üzvlərindən 3-ü əcnəbidir. Onlardan biri ispan, biri fransız, üçüncüsü isə hollandiyalıdır.

Əməliyyat zamanı Türkiyə ordusu da itki verib. Baş Qərargahın rəsmi məlumatına əsasən, “Zeytun budağı” əməliyyatı zamanı 32 Türkiyə hərbçisi şəhid olub. 170 Türkiyə hərbçisi isə əməliyyatların gedişində yaralanıb. Ən çox itki fevralın 10-da baş verib. Türkiyə ordusu 12 hərbçisini itirib. Müşahidəçilər Afrinin içərilərinə doğru irəlilədikcə yaşayış məntəqələrində toqquşmaların daha da artdığını qeyd edir.

Afrin 32. gün ile ilgili görsel sonucu

Bundan başqa, Suriya hüquq müdafiəçiləri 200-dən bir qədər artıq suriyalı ASO döyüşçüsünün əməliyyatlar zamanı öldürüldüyünü bildirir. Kürdlər isə 400 ASO döyüşçüsü öldürdüklərini bildirir.

Əməliyyat isə davam edir. Müşahidəçilər əməliyyat sürətinin az olmasını Afrinin relyefi, həmçinin əhalinin sıx məskunlaşması ilə əlaqələndirir. Nizami ordu birlikləri həddən artıq sıx məskunlaşma olan Afrində sürətli irəliləyə bilmir. Üstəlik, kürdlər şəhər döyüşlərində təcrübəyə malikdirlər, dinc əhaliyə qarışır, gecələr çıxaraq ordu qüvvələrinə hücumlar edirlər. Bu isə nizami ordunun işini çətinləşdirir. Kürdlər Afrində sıxışdırıldıqca yeni variantlar axtarışındadırlar.

Fevralın 19-da Suriya rəsmi mediası kürdlər və Suriya ordusu arasında anlaşma əldə olunduğunu və Suriya ordusunun tezliklə Afrinin mərkəzinə daxil olacağı haqda xəbər yaydılar. Livanın “Əl-Məyadin” telekanalı Suriya ordusuna məxsus 4 min hərbçinin hazırlaşdığını və tezliklə Afrinə daxil olacağı haqda xəbər yayıb.

Xəbərlərdə qeyd olunur ki, hökumət nümayəndələri və YPG arasında əldə olunmuş razılığa əsasən Afrinə nəzarət Suriya ordusuna buraxılacaq, kürdlər isə ərazini tərk edəcək. Afrinə ilk olaraq hökumət tərəfdən döyüşdən Suriya Xalq Komitələri adlı təşkilatının döyüşçüləri daxil olacaq. Daha sonra xəbəri İran, Suriya və yerli kürd mediası da təsdiqlədi.

Ancaq axşama doğru məlum oldu ki, Suriya ordusu və YPG arasında Afrin mövzusunda anlaşma yoxdur. YPG sözçüsü Nuri Mahmud bildirib ki, Suriya ordusu ilə Afrin mövzusunda hər hansı anlaşma olmayıb. Ancaq əlavə edib ki, YPG Suriya ordusunu Afrinin Türkiyə ilə sərhədlərinə yerləşməsi üçün dəvət edib. Bu da o deməkdir ki, kürdlər Suriya ordusunu sərhəddə Türkiyəyə qarşı istifadə etmək istəyirlər. Təbii ki, Suriya hakimiyyəti Türkiyə ilə sərhədi nəzarətə götürmək istəsə də, ortada köklü anlaşma olmasa buna getməz. Köklü anlaşma isə kürdlərin silahları təhvil verib Afrində hərbi mövcudluqlarına son qoymalarıdır. Ancaq görünür ki, kürdlər silahı verib Afrini Suriya ordusuna tərk etməyə razı olmayıb. Türkiyə mediasının məlumatına görə, Rusiyanın vasitəçiliyi ilə Suriyanın Hələb əyalətinin Şehba qəsəbəsində Suriya nümayəndələri ilə YPG təmsilçiləri arasında görüş keçirilib. Amma tərəflər ordunun Afrinə girməsi məsələsində razılıq əldə edə bilməyib.

Məlumata görə, B.Əsədin təmsilçiləri PKK/PYD/YPG terrorçularının silahlarını təhvil vermələri və təslim olmaları ilə bağlı şərt irəli sürüb, ancaq qruplaşma rəhbərliyi bunu qəbul etməyib. Bununla belə, B.Əsəd rejimi ilə terrorçular arasında müzakirələrin davam etdiyi bildirilib.

Afrin 32. gün ile ilgili görsel sonucu

Türkiyə hökuməti isə bəyan edib ki, əgər Suriya ordusu Afrinə daxil olsa, qarşıdurma qaçılmaz olacaq. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan fevralın 19-da İran prezidenti Həsən Ruhani ilə Afrin əməliyyatını telefonda müzakirə edib. Həmin gün Ərdoğan Rusiya prezidenti ilə də Afrin mövzusunu müzakirə edib. Ankara mövqeyini açıq şəkildə ortaya qoyub, Suriya ordusunun qarşı çıxacağı təqdirdə toqquşmanın qaçılmaz olduğunu bəyan edib.

Qeyd edək ki, Astana anlaşmasına əsasən Suriya ordusu və Türkiyə silahlı qüvvələri qarşı-qarşıya gələ bilməz. Yalnız terrorçu olaraq müəyyən edilmiş qüvvələrə qarşı əməliyyat keçirilə bilər. Kürdlər isə Afrini itirəcəklərini anladıqları üçün Türkiyə ordusundansa, ərazini Suriya ordusuna vermək istəyə bilər. Ancaq görünür ki, Suriyanın şərtləri kürdlər üçün qəbuledilməz olub. Rusiya tərəfi Afrinin Suriya ordusunun nəzarətində olmasını istəyir. Ancaq eyni zamanda Amerikanın müttəfiqi olan kürdlərin o bölgədə mövcudluğuna razı deyil. Eləcə də Afrinin Türkiyə və onun müttəfiqi olan ASO-nun nəzarətinə keçməsi də rusları məmnun edə bilməz. Buna görə də ruslar indi Afrinə Suriya ordusunun yerləşməsində maraqlıdır.

Türkiyə isə Afrini YPG-dən təmizləyib bölgəni ASO vasitəsilə nəzarətə götürmək istəyir. Ən azı Suriyada köklü sülh əldə olunana qədər. Bu səbəbdən də bölgədə vəziyyət hər keçən gün daha da mürəkkəbləşir. Kürdlərin rus təzyiqi ilə Afirni hökumət qüvvələrinə təhvil verməsi Türkiyənin planlarını pozur. Buna isə görünür ki, amerikalılar razı deyil. Əgər Ankara Suriyanın gələcəyi ilə bağlı Vaşinqtonla anlaşa bilsə, kürdlər Afrindən çəkilə bilər. Əks təqdirdə, vəziyyət daha da qarışacaq.

 

Kənan RÖVŞƏNOĞLU,

“Yeni Müsavat”

اقتراحات

Ad :
Email:(Vacib deyil)
Şərhin mətni:
Göndər

نظرات ارسال شده