خبرگزاری شبستان

شنبه ۲۴ آذر ۱۳۹۷

السبت ٧ ربيع الثاني ١٤٤٠

Saturday, December 15, 2018

Servis xəbərlərinin titri

Ayətullah Xamenei iqtisadi problemlərin həlli üçün ciddi qərarların verilməsini tələb etdi

Şəbistan Xəbər Agentliyi: İran prezidenti, parlament spikeri, Məhkəmə Sisteminin rəhbəri və İqtisadi Kordinasiya Şurasının üzvlərinin görüşü Ali Rəhbər Ayətullah Xameneinin hüzurunda keçirilib.

Servis Əsas səhifə Zaman :   Tuesday, February 20, 2018 Xəbər kodu : 32659
Höccətül-islam vəl-müslimin Nasir Rəfii İmam Xomeyni (rəh) hüseyniyyəsində
Nifaq və Qurandan uzaq düşmək dini cəmiyyətin süqutunun ən mühüm dəlilidir
Şəbistan xəbər agentliyi: Höccətül-islam vəl-müslimin Nasir Rəfii dedi: Nifaq dini cəmiyyətin süqut etməsinin ən mühüm amillərindəndir. Quranda münafiqlər barədə çoxlu ayələr zikr olunmuşdur.

Şəbistan xəbər agentliyinin jurnalistinin verdiyi xəbərə əsasən, elmi hövzənin ustadı Höccətül-islam Nasir Rəfii Bazar ertəsi gecə Həzrət Zəhranın (s) şəhadəti münasibəti ilə İmam Xomeyni (rəh) hüseyniyyəsində İnqılabın Ali Rəhbərinin iştirakı ilə keçiriləm mərasimdə tarixi mütaliə etməyin əhəmiyyəti barədə dedi: İslam tarixində on dörd əsr qabağa müraciət etməyin, Qədir-xum, Kərbəla ya Həzrət Zəhranın (s) şəhadəti ilə bağlı məsələləri bəyan etməyin səbəbi agahlıq əldə etmək və bu gün üçün tarixdən dərs almaqdır.

O, İmam Əlinin (ə) övladı İmam Həsənə (ə) buyurduğu "mənim qısa ömrüm olub, amma keçmişdəkilərin başına gələnləri gördüm və elə bil ki, onlarla yaşadım" hədisinə istinad edərək dedi: Tarixi mütaliə etmək qəlbi möhkəm və həqiqəti aşkar edir. Habelə insana agahlıq verir və onu moizə edir. Necə ki, Quranın çox hissəsi də peyğəmbərlərin tarixini zikr edir ki, o da bütün əsrlərdə yaşayan insanları moizə edir.

O, dini cəmiyyətin süqutunun amilləri barədə dedi: Nifaq dini cəmiyyətin süqut etməsinin ən mühüm amillərindəndir. Çünki münafiq dəyərli bir çöhrədə zahir olur. Peyğəmbərin (s) nəzərindən münafiqin təhlükəsi kafirlərin təhlükəsindən daha çoxdur.

O, qeyd etdi ki, dini dəyərlərin unudulması və cəmiyyətin süqutunun digər bir amili də Qurandan uzaq düşməkdir. Bir halda ki, biz həmişə həyatımızın fərdi, ictimai, mədəni, siyasi və iqtisadi sahələrini Qurandan almalıyıq.http://www.shabestan.ir/detail/News/690969

اقتراحات

Ad :
Email:(Vacib deyil)
Şərhin mətni:
Göndər

نظرات ارسال شده