خبرگزاری شبستان

چهارشنبه ۲۸ شهریور ۱۳۹۷

الأربعاء ٩ المحرّم ١٤٤٠

Wednesday, September 19, 2018

Servis xəbərlərinin titri

Livanın Hizbullah hərəkatının baş katibi Seyid Həsən Nəsrullah:

Trampın müharibə, xarabalıq və kütləvi qırğınla heç bir problemi yoxdur

Şəbistan Xəbər Agentliyi: Trampı müharibə və soyqırımla bağlı heç bir problemi olmayan dünyaya vurğun birisi kimi səciyyələndirən Seyid Həsən Nəsrullah, mərasimdə iştirak edən veteranlar və yaralılara belə müraciət edib: “Sizlər bu istiqamətdə (zülmlə mübarizədə) baş verənlərin canlı şahidisiniz”.

Servis Əsas səhifə Zaman :   Tuesday, February 20, 2018 Xəbər kodu : 32655

Həzrəti Zəhanın (s) şəhid edilməsi inkaredilməzdir
Şəbistan Xəbər Agentliyi: Aludə, nəfspərəst, həvayi - həvəsin dalıyca gedən, özünə vurğun, dünyagir insanlar Əhli - beyt (ə) məhəbbətini bizdən almaq istəyirlər. Onlar bizim ən böyük var - dövlət və sərmayimizi qarət etməyə çalışırlar.

 

 

Şəbistan Xəbər Agentliyi xəbər verir ki, Ayətullah Seyid Əli Rza İbadi Fatimeyi i Zəhra (s)-nın şəhadəti ildönümündə təşkil edilmiş mərasimdəki çıxışında Əhli – beyt (ə) sevgisindən və Həzrəti Zəhra (s) - nın şəhadətindən danışdı.

 

 

O, bildirdi ki, Allah özünün eşqi və öz övliyaların sevgisi prinsipi ilə peyğəmbərlərin və Əhli - Beytin (ə) məhəbbətini bizə əta etmişdir. Bu bizim sərmayə və ən böyük var - dövlətimizdir. Çünki bizim paklığımızın təməli deməkdir. Bu paklıq Allah tərəfindən məhəbbət olaraq bizə verilmişdir. Aludə, nəfspərəst, həvayi - həvəsin dalıyca gedən, özünə vurğun, dünyagir insanlar Əhli - beyt (ə) məhəbbətini bizdən almaq istəyirlər. Onlar bizim ən böyük var - dövlət və sərmayimizi qarət etməyə çalışırlar.

 

 

Fatimeyi - Zəhra (s) və ondan sonra gələn on bir imamın hamısı şəhid edildilər. Düşmən birbaşa onları nişan aldı. Bu gün də düşmən sakit oturmamışdır. Danışmadığı dillər ilə, demədiyi sözlər ilə öz mahiyyətini göstərir.

 

 

Həzrəti Zəhra (s)-nın başına gətirilən zülm və müsibətlər inkaredilməzdir. Bütün bunları bilən, duyan, dərk edən bu müqəddəs xanım məhz elə buna görə də vəsiyyət edərək buyurdu: Ya Əli (ə), mənim qüsulumu gecə ver, gecə kəfənə bük və gecə dəfn et.

 

http://shabestan.ir/detail/News/690964

 

 

اقتراحات

Ad :
Email:(Vacib deyil)
Şərhin mətni:
Göndər

نظرات ارسال شده