خبرگزاری شبستان

دوشنبه ۴ تیر ۱۳۹۷

الاثنين ١٢ شوّال ١٤٣٩

Monday, June 25, 2018

Servis xəbərlərinin titri

Azərbaycanda “İran mədəniyyət həftəsi” keçiriləcək

Şəbistan Xəbər Agentliyi: İran İslam Respublikasının Azərbaycan Respublikasında mədəniyyət həftəsi İranın islami mədəniyyət və irşad naziri və ölkəmizin bir qrup incəsənət xadiminin iştirakı və müxtəlif mədəni proqramların icra edilməsi ilə Bakıda və Gəncədə başlanacaq.

Servis Əsas səhifə Zaman :   Tuesday, February 20, 2018 Xəbər kodu : 32651

Sadə həyat tərzi – Fatimeyi -Zəhra (s) - nın bəşəriyyətə ən böyük dərsi
Şəbistan Xəbər Agentliyi: Həzrəti Rəsulullahın (s) Həzrəti Fatimə (s) -nı özünün ruhu, canı, bədəninin bir parçası hesab etməsi o xanımın böyük məqamının göstəricisidir. “Allah Fatimənin qəzəbi ilə qəzəblənər, rizası ilə razı olar” hədisi isə o xanımın əzəmət və böyüklüyünün bir hissəsini bizə göstərir.

 

 

Şəbistan Xəbər Agentliyi xəbər verir ki, İran Vəqflər və Xeriyə işləri təşkilatının müdürü Höccətül - islam vəl - müslimin Əli Muhəmmədi Xanım Fatimeyi -Zəhra (s) - nın yüksək şəxsiyyətindən danışarkən o xanımın haqqında 130 -dan çox ayənin nazil olduğunu bildirdi.

 

 

Onların ən barizlərinin təthir, mübahilə, zil - qurba, məvəddət və İnsan surəsinin 18-ci ayələrindən ibarət olduqlarını vurğulayaraq dedi ki, Quranın vəsf etdiyi insan olan Fatimeyi Zəhra (s) bir çox ayələrin mövzu və məqsədlərini təşkil edir.

 

 

Hədislərimizdə də Allahın Həzrəti Zəhra (s)-nın vücudu ilə mələklərin qarşısında fəxr etdiyini oxuyuruq.

 

 

Peyğəmbərimiz atalıq hissi, insani duyğuları üzündən deyil, Xanım Zəhra (s) - nın şəxsiyyətin bəyan etmək məqsədi ilə onun haqqında gözəl həsdislər buyurmuşdur.

 

 

Peyğəmbərimiz kamil əql, xilqətin məğzidir. Varlıq aləmi onun üçün yaranmışdır. O, Həzrəti Zəhra (s) -ya “Ümmi - əbiha”, yəni “atasının anası” deyə müraciət edərdi. Həzrəti Rəsulullahın (s) Həzrəti Fatimə (s) -nı özünün ruhu, canı, bədəninin bir parçası hesab etməsi o xanımın böyük məqamının göstəricisidir. “Allah Fatimənin qəzəbi ilə qəzəblənər, rizası ilə razı olar” hədisi isə o xanımın əzəmət və böyüklüyünün bir hissəsini bizə göstərir.

 

 

Məsum imamlar Allahın insanlara höccətləri, Həzrəti Zəhra (s) isə insanların məsum imamlara bir höccətdir. Deməli, aləmin bütün höccətlərinin örnəyi Həzrəti Zəhra (s) - dır.

 

http://shabestan.ir/detail/News/690962

 

اقتراحات

Ad :
Email:(Vacib deyil)
Şərhin mətni:
Göndər

نظرات ارسال شده