خبرگزاری شبستان

دوشنبه ۴ تیر ۱۳۹۷

الاثنين ١٢ شوّال ١٤٣٩

Monday, June 25, 2018

Servis xəbərlərinin titri

Azərbaycanda “İran mədəniyyət həftəsi” keçiriləcək

Şəbistan Xəbər Agentliyi: İran İslam Respublikasının Azərbaycan Respublikasında mədəniyyət həftəsi İranın islami mədəniyyət və irşad naziri və ölkəmizin bir qrup incəsənət xadiminin iştirakı və müxtəlif mədəni proqramların icra edilməsi ilə Bakıda və Gəncədə başlanacaq.

Servis Əsas səhifə Zaman :   Tuesday, February 20, 2018 Xəbər kodu : 32649

Həzrəti Zəhra (s) - nın təlimləri bizim həyatımıza daxil olmayıb
Şəbistan Xəbər Agentliyi: Problemlərin qabağında məğlub olmamaq, çətinliklərə sinə gəlmək Həzrəti Zəhra (s) - nın həyatından ibrət götürüləsi dərslərdəndir

 

Şəbistan Xəbər Agentliyi xəbər verir ki, İran Məscidlərinin Mədəniyyət - İncəsənət Mərkəzlərinin Baş Qərargahının sədri höccətül - islam vəl - müslimin Həbib Rza Ərzani Həzrəti Fatimeyi - Zəhra (s) - nın şəhadət ildönümündə təşkil edilən rəsmi dini yığıncaqda dedi:

 

Həzrəti Zəhra (s) - nın şəxsiyyətinin böyüklüyü və dühası yalnız buna görə deyildir ki, o Peyğəmbər (s)-nın qızı ya İmam Əli (s) mın həyat yoldaşı və ya məsum imamların anası idi. Həzrəti Zəhra (s)-nın şəxsiyyətinin əzəmət və böyüklüyü hər şeydən daha artıq onun mənəviyyatı, ilahi və insani keyfiyyətlərinin, onun varlığına verdiyi genişlik və böyüklüyünə görə idi. O, xanımın böyük şəxsiyyəti, fərdi, əxlaqi, ictimai sahələrdə müzakirə edilib açıqlanmalıdır.

 

 

Əhli - sünnət kitabların təsdiqinə görə də Fatimeyi -Zəhra (s) qadınların ən yaxşısıdır.

 

 

O, övlad tərbiyəsi, ailəyə qulluqda misilsiz bir nümunədir. Həzrəti Zəhra (s) - nın həyat yolu ədəb, mətanət, gözəl əxlaq, başqasına hörmət, ailə daxilində qayğı və yekdilliyin ibrətli dərsidir.

 

 

Bu müqəddəs xanım ictimai sahələrdə də fəaliyyət göstərər, həmişə Allahın dini və imamətin yolunu müdafiə edərdi. Problemlərin qabağında məğlub olmamaq, çətinliklərə sinə gəlmək Həzrəti Zəhra (s) - nın həyatından ibrət götürüləsi dərslərdəndir. Çox təəssüf olsun ki, bu gün cəmiyyətimiz çətinliyə dözə bilmir. Bunun səbəbi ondan ibarətdir ki, Həzrəti Fatimə (s) - nın təlimləri bizim həyatımıza daxil olmamışdır.

 

http://shabestan.ir/detail/News/690893

 

اقتراحات

Ad :
Email:(Vacib deyil)
Şərhin mətni:
Göndər

نظرات ارسال شده