خبرگزاری شبستان

یکشنبه ۳ تیر ۱۳۹۷

الأحد ١١ شوّال ١٤٣٩

Sunday, June 24, 2018

Servis xəbərlərinin titri

Əxlaq ustadı Höccətül-İslam Əli Əkbər Musəvi Hüseyninin ölümü münasibətilə

Ayətullah Xamenei başsağlığı verib

Şəbistan Xəbər Agentliyi: Ali Rəhbər Ayətullah Seyid Əli Xamenei imanlı alim və əxlaq ustadı mərhum Höccətül-İslam Hacı Şeyid Əli Əkbər Hüseyni Musəvinin vəfatı münasibətilə başsağlığı verib.

Servis Əsas səhifə Zaman :   Monday, February 19, 2018 Xəbər kodu : 32647
Hövzə və universitet ustadı
Həqiqi möminlər sahib olduqları dünya mallarını Allaha xatir sevirlər
Şəbistan xəbər agentliyi: Höccətül-islam Sərlək dedi: Möminlər ata, ana, həyat yoldaşı, övlad ya sahib olduğu malları kimi bir çox şeylərə məhəbbət bəsləyir. Amma Allahı bunların hamısından daha çox sevir. Yəni bunların hamısını Allaha xatir sevir.

Şəbistan xəbər agentliyinin jurnalistinin verdiyi xəbərə əsasən, Vəliyyi Fəqihin Hünər universitetindəki nümayəndəsi Höccətül-islam vəl-müslimin Əli Sərlək Peyğəmbərin (s) qızı Həzrət Fatimənin (s) Əz-Zəhra məscidində keçirilən əza məclisində dedi: Biz Allah qarşısında özümüzü nə qədər sındırsaq, Onun əzəmətini daha çox görəcəyik. Hamımızın əməlləri Allahın qarşısında naqisdir və Ondan xəcalətliyik.

O, əlavə etdi ki, Allah kəramətlidir. Onun dərgahında tövbə etmək çətin deyil. Tövbə etmək üçün ən yaxşı zikr Məhəmməd (s) və ali Məhəmmədə salavat göndərməkdir.

O, Allaha tərəf hərəkət etmək barədə Fədək xütbəsinə nəzər edərək dedi: Biz Allahın mütləq malikiyyəti altında yaşayırıq. Varlıq aləmindəki hər bir şey Allahındır. Amma Allah insan iradə vermişdir ki, o iradəsi ilə Allahın malikiyyətinə təslim olsun. Amma bəziləri nəfsani istəklərini özlərinə məbud qərar verdilər.

O, bildirdi ki, biz həyatımızın bütün sahələrində Allahın mütləq malikiyyət bayrağını ucaltmağa gəlmişik. Biz müsafir və mühacirik. Habelə hamımız Allahın mülkiyik. Amma söhbət burdadır ki, bu mülkiyyəti bəyanirik ya yox?

O, bəyan etdi ki, möminlər ata, ana, həyat yoldaşı, övlad ya sahib olduğu malları kimi bir çox şeylərə məhəbbət bəsləyir. Amma Allahı bunların hamısından daha çox sevir. Yəni bunların hamısını Allaha xatir sevir.http://www.shabestan.ir/detail/News/690073

اقتراحات

Ad :
Email:(Vacib deyil)
Şərhin mətni:
Göndər

نظرات ارسال شده