خبرگزاری شبستان

دوشنبه ۴ تیر ۱۳۹۷

الاثنين ١٢ شوّال ١٤٣٩

Monday, June 25, 2018

Servis xəbərlərinin titri

Azərbaycanda “İran mədəniyyət həftəsi” keçiriləcək

Şəbistan Xəbər Agentliyi: İran İslam Respublikasının Azərbaycan Respublikasında mədəniyyət həftəsi İranın islami mədəniyyət və irşad naziri və ölkəmizin bir qrup incəsənət xadiminin iştirakı və müxtəlif mədəni proqramların icra edilməsi ilə Bakıda və Gəncədə başlanacaq.

Servis Əsas səhifə Zaman :   Monday, February 19, 2018 Xəbər kodu : 32643
Höccətül-islam vəl-müslimin Ənsariyan
Elmi inkişaf düşmənlərin İrandan qorxmasının ən mühüm amili
Şəbistan xəbər agentliyi: Elmi hövzənin ustadı elmi inkişafın düşmənlərin İrandan qorxmasının ən mühüm amili olduğuna işarə edərək dedi: Elm qüdrət gətirir. İran bu əsrdə elmdə inhisarçılığı aradan qaldırdı.

Şəbistan xəbər agentliyinin jurnalistinin verdiyi xəbərə əsasən, elmi hövzənin ustadı və Quran təfsirçisi Höccətül-islam vəl-müslimin Hüseyn Ənsariyan Tehran universitetində verdiyi əxlaq dərsində dedi: Quran və Əhli-beytin hədisləri elm öyrənməyə təkid edirlər.

O, əlavə etdi ki, elm bir nurdur ki, insanın bilmədiklərini onun üçün aydınlaşdırır. İnsanbir elmi əldə etməzdən qabaq ona qarşı cəhaləti var. Buna görə də Peyğəmbər (s) elmi nur adlandırır.

O, sözünü belə davam etdirdi ki, insan elm olmadan zülmətdədir. Zülmətdə olanlar Allahın diqqətini cəlb edə bilməzlər.

O, Bəqərə surəsinin ayələrinə istinad edərək dedi: Allah bu surədə insanın cisminin və ruhunun xilqətinə işarə edir. Habelə Həzrət Adəmə elm öyrətməsindən də söz açaraq buyurur: Həzrət Adəmə elm öyrətməkdə kəm-kəsir qoymadıq.

O, dedi ki, Allah buyurur: Mən Əsmanın elmini Adəmə öyrətdim və o Mənimlə həmrəng oldu. Beləliklə, insan ilahi elmlə Allahla həmrəng ola bilər.

Bu şöhrətli xətib elm öyrənməyin çox dəyərli olduğuna işarə edərək dedi: Allah alim şagird isə Həzrət Adəmdir. Allah mələklərə səcdə etmək üçün göstəriş verdi ki, insanın dəyərinin çox böyük olduğunu bilsinlər.

Elmi hövzənin ustadı elmi inkişafın düşmənlərin İrandan qorxmasının ən mühüm amili olduğuna işarə edərək dedi: Elm qüdrət gətirir. İran bu əsrdə elmdə inhisarçılığı aradan qaldırdı.

http://www.shabestan.ir/detail/News/690679

اقتراحات

Ad :
Email:(Vacib deyil)
Şərhin mətni:
Göndər

نظرات ارسال شده