خبرگزاری شبستان

یکشنبه ۳ تیر ۱۳۹۷

الأحد ١١ شوّال ١٤٣٩

Sunday, June 24, 2018

Servis xəbərlərinin titri

Əxlaq ustadı Höccətül-İslam Əli Əkbər Musəvi Hüseyninin ölümü münasibətilə

Ayətullah Xamenei başsağlığı verib

Şəbistan Xəbər Agentliyi: Ali Rəhbər Ayətullah Seyid Əli Xamenei imanlı alim və əxlaq ustadı mərhum Höccətül-İslam Hacı Şeyid Əli Əkbər Hüseyni Musəvinin vəfatı münasibətilə başsağlığı verib.

Servis Əsas səhifə Zaman :   Monday, February 19, 2018 Xəbər kodu : 32642
İslam sivilizasiya və fiqh müəssisəsinin rəhbəri
Allah Öz bəndələrini aşiqcəsinə sevir
Şəbistan xəbər agentliyi: İslam sivilizasiya və fiqh müəssisəsinin rəhbəri dedi: Allah Öz bəndələrini aşiqcəsinə sevir. Bu eşqi dərk edənlər Ona həmd edib ibadətə layiq bilirlər.

Şəbistan xəbər agentliyinin jurnalistinin verdiyi xəbərə əsasən, İslam sivilizasiya və fiqh müəssisəsinin rəhbəri Höccətül-islam vəl-müslimin Məhəmməd Təqi Əkbər Nəjad keçən gecə Həfti Tir şəhidlər mədəniyyət mərkəzində keçirilən Quran mədəniyyəti təfsiri məclisində dedi: Camaatın Allaha ibadət və pərəstiş etməsi azad insanların, tacirlərin və qulların ibadəti kimi üç növə bölünür.

O, əlavə etdi ki, bütün həmd və sənalara Allaha layiqdir. Çünki, bütün aləmi Allah idarə edir və bütün varlığa feyz yetişdirir.

O, bildirdi ki, Allah Öz bəndələrini aşiqcəsinə sevir. Bu eşqi dərk edənlər Ona həmd edib ibadətə layiq bilirlər.

O, sözünü belə davam etdirdi ki, bir şəxs eşqlə sizə məhəbbət göstərdiyi zaman onu sevməyə bilmirsiniz. Misal üçün biz ana barədə onun əlinə deyil, həqiqətdə onun qəlbinə baxırıq.

O, İmam Sadiqdən (ə) bir hədisə istinad edərək dedi: İmam ilahi məhəbbət əsasında Ona ibadət edir və behişti də istəyir. Çünki behişt ilahi məhəbbətin təcəssüm etdiyi yerdir.

O, qeyd etdi ki, Həmd surəsində Allahın rəhmət və mehribanlığına işarə etdikdən sonra Onun qiyamət gününün maliki olduğunu bildirərək deyir: Əgər bir bəndə ilahi eşq və məhəbbəti başa düşsə ki, başa düşüb. Əgər başa düşməsə, onun üçün bir hesab günü olacaq ki, ondan qaçmaq mümkün deyil.   http://www.shabestan.ir/detail/News/690757

اقتراحات

Ad :
Email:(Vacib deyil)
Şərhin mətni:
Göndər

نظرات ارسال شده