خبرگزاری شبستان

شنبه ۲۴ آذر ۱۳۹۷

السبت ٧ ربيع الثاني ١٤٤٠

Saturday, December 15, 2018

Servis xəbərlərinin titri

Ayətullah Xamenei iqtisadi problemlərin həlli üçün ciddi qərarların verilməsini tələb etdi

Şəbistan Xəbər Agentliyi: İran prezidenti, parlament spikeri, Məhkəmə Sisteminin rəhbəri və İqtisadi Kordinasiya Şurasının üzvlərinin görüşü Ali Rəhbər Ayətullah Xameneinin hüzurunda keçirilib.

Servis Əsas səhifə Zaman :   Monday, February 19, 2018 Xəbər kodu : 32641
Ayətullah Siddiqi Həzrət Fatimənin (s) İmam Xomeyni (rəh) hüseyniyyəsində keçirilən əzadarlıq mərasimində
Həzrət Zəhra (s) istikbar və nifaqla mübarizə etdi
Şəbistan xəbər agentliyi: Ayətullah Siddiqi dedi: Həzrət Zəhra (s) İslam düşmənlərinin vilayətin əksinə göstərdikləri yumşaq müharibədə xütbə oxuyaraq, onları ifşa edərək və hətta ağlayaraq istikbar və nifaqla mübarizə etdi.

Şəbistan xəbər agentliyinin Quran və maarif jurnalistinin verdiyi xəbərə əsasən, Tehranın müvəqqəti İmam cüməsi və İmam Xomeyni (rəh) elmi mədrəsəsinin rəhbəri Ayətullah Kazım Siddiqi Ali Rəhbərin və bəzi dövlət məmurlarının iştirakı ilə  Həzrət Fatimənin (s) İmam Xomeyni (rəh) hüseyniyyəsində keçirilən əzadarlıq mərasimində dedi: Allah həmişə Öz tərəfindən yer üzərinə nümayəndə göndərmişdir. Buna görə də biz sahibsiz deyilik.

O,  ilahi imtahanın heç bir zaman tətil olmadığına işarə edərək dedi: İlahi imtahan insanın özünü islah etməsi üçündür. Amma qəflətə düşənlər fürsəti əldən verərək, imtahandan qəbul olmurlar. Bir halda ki, hər bir şəxs yaxşı ya pis bir işi gördüyü zaman Allah, peyğəmbərlər və Məsum İmamlar onun zahir və batininə şahid olurlar.

O, qeyd etdi ki, bu gün İmam Zaman (əc) bizim sahibimizdir. O Həzrətin vilayətinə məhəbbət bəsləməkdə həmişə ən yaxşısı olmağa çalışın. Bizim cavanlarımız şeytanların virtual aləmdə vilayət məhəbbətini və paklığını onlardan almaq istədiyini bilməli və ehtiyatlı olmalıdırlar.

 Ayətullah Siddiqi dedi: Həzrət Zəhra (s) İslam düşmənlərinin vilayətin əksinə göstərdikləri yumşaq müharibədə xütbə oxuyaraq, onları ifşa edərək və hətta ağlayaraq istikbar və nifaqla mübarizə etdi.http://www.shabestan.ir/detail/News/690376

اقتراحات

Ad :
Email:(Vacib deyil)
Şərhin mətni:
Göndər

نظرات ارسال شده