خبرگزاری شبستان

چهارشنبه ۲۸ شهریور ۱۳۹۷

الأربعاء ٩ المحرّم ١٤٤٠

Wednesday, September 19, 2018

Servis xəbərlərinin titri

Livanın Hizbullah hərəkatının baş katibi Seyid Həsən Nəsrullah:

Trampın müharibə, xarabalıq və kütləvi qırğınla heç bir problemi yoxdur

Şəbistan Xəbər Agentliyi: Trampı müharibə və soyqırımla bağlı heç bir problemi olmayan dünyaya vurğun birisi kimi səciyyələndirən Seyid Həsən Nəsrullah, mərasimdə iştirak edən veteranlar və yaralılara belə müraciət edib: “Sizlər bu istiqamətdə (zülmlə mübarizədə) baş verənlərin canlı şahidisiniz”.

Servis Əsas səhifə Zaman :   Monday, February 19, 2018 Xəbər kodu : 32635
İxtisaslaşmış Məhdəviyyət mərkəzinin Əxlaq fakültəsinin müdirinin Şəbistana müsahibəsi:
Seyidlər anasının həyatında intizar dərsləri
Şəbistan xəbər agentliyi: İmam Zaman (ə) müntəzirlərinin Həzrət Zəhranın (s) həyatından ülgü götürmək haqqında danışdığımız zaman məqsədimiz Onun həyatında olan ümumi qanun və qaydalarıdır. Mümkündür bu qayda-qanunların tələbləri zaman və məkana görə dəyişsin. Amma onun əsli həmişə sabit qalır

İxtisaslaşmış Məhdəviyyət mərkəzinin Əxlaq fakültəsinin müdiri Şəbistan xəbər agentliyinin Məhdəviyyət bölməsinə verdiyi müsahibədə Həzrət Zəhranın (s) şəxsiyyətində müntəzirlər üçün olan ülgülər haqqında dedi:

Bu mövzuya başlamamazdan əvvəl iki məsələni qeyd etməliyəm. Birinci məsələ budur ki, şəhid olan və dünyadan gedən insan ülgü ola bilərmi? Bəzən belə bir irad olunur ki, bu şəxsiyyətlərin əxlaqı öz zamanələrinə aiddir.

 Bu iradın cavabını Quran bu ayədə verib:

«لَقَدْ كَانَ لَكُمْ فِي رَسُولِ اللَّهِ أُسْوَةٌ حَسَنَةٌ»

Bu ayədə bütün dövrlərdə  yaşayan insanlar və Peyğəmbərdən (s) sonar gələcək şəxslər Həzrətdən ülgü gətirməyə dəvət olunur. Peyğəmbərdən (s) ülgü götürmək Onun yaşamasını tələb edirmi. Mütləq belə deyil. Biz belə şəxsiyyətlərdən ülgü götürəndə onlarda olan qayda və qanunlara tabe olmalıyıq.

 İxtisaslaşmış Məhdəviyyət mərkəzinin eksperti dedi: : İmam Zaman (ə) müntəzirlərinin Həzrət Zəhranın (s) həyatından ülgü götürmək haqqında danışdığımız zaman məqsədimiz Onun həyatında olan ümumi qanun və qaydalarıdır. Mümkündür bu qayda-qanunların tələbləri zaman və məkana görə dəyişsin. Amma onun əsli həmişə sabit qalır. Məsələn: Biz görürük ki, Həzrət Zəhra (s) gildən olan evdə sadə formada yaşayır. Biz Onun həyatındakı sadəlikdən örnək götürməliyik. Bu günki gündə bizim də gildən olan evdə yaşamağımız lazım deyil. http://shabestan.ir/detail/News/685859

 

اقتراحات

Ad :
Email:(Vacib deyil)
Şərhin mətni:
Göndər

نظرات ارسال شده