خبرگزاری شبستان

چهارشنبه ۲۸ شهریور ۱۳۹۷

الأربعاء ٩ المحرّم ١٤٤٠

Wednesday, September 19, 2018

Servis xəbərlərinin titri

Livanın Hizbullah hərəkatının baş katibi Seyid Həsən Nəsrullah:

Trampın müharibə, xarabalıq və kütləvi qırğınla heç bir problemi yoxdur

Şəbistan Xəbər Agentliyi: Trampı müharibə və soyqırımla bağlı heç bir problemi olmayan dünyaya vurğun birisi kimi səciyyələndirən Seyid Həsən Nəsrullah, mərasimdə iştirak edən veteranlar və yaralılara belə müraciət edib: “Sizlər bu istiqamətdə (zülmlə mübarizədə) baş verənlərin canlı şahidisiniz”.

Servis Əsas səhifə Zaman :   Sunday, February 18, 2018 Xəbər kodu : 32629

Hacı Allahşükür Paşazadə məscid və ziyarətgahların təmir-bərpasını zəruri sayır
Şəbistan Xəbər Agentliyi: Fevralın 17-də Qafqaz Müsəlmanları İdarəsində (QMİ) Məhəmməd Peyğəmbər əleyhis - səlamın qızı Fatimeyi-Zəhra salamullahi- əleyhanın şəhadət gününə həsr olunan tədbir keçirilib.

Fevralın 17-də Qafqaz Müsəlmanları İdarəsində (QMİ) Məhəmməd Peyğəmbər əleyhis - səlamın qızı Fatimeyi-Zəhranın salamullahi- əleyhanın şəhadət gününə həsr olunan tədbir keçirilib.

 

Şəbistan Xəbər Agentliyi “AZƏRTAC”ə istinadən xəbər verir ki, xəbər verir ki, tədbirdə əvvəlcə müqəddəs “Qurani-Kərim”dən ayələr oxunub.

 

QMİ-nin sədri şeyxülislam Allahşükür Paşazadə çıxış edərək xanım Fatimeyi-Zəhranın salamullahi- əleyha şəhadət gününə həsr edilən tədbirlərin ənənəvi xarakter aldığını bildirib. Hər il olduğu kimi bu il də xanımın şəhadət günü qeyd olunur. Fatimeyi-Zəhra salamullahi- əleyha qısa və mənalı ömrü ilə bütün zəmanələrin möminlərinə, gələcək nəsillərə ibrətamiz irs qoyub. Fatimeyi-Zəhra salamullahi- əleyha müsəlmanlar üçün möminlik və səbir, habelə ən gözəl mənəvi keyfiyyətlərin mücəssəməsidir.

 

QMİ sədri vurğulayıb ki, bu gün ölkəmizdə dövlət-din münasibətləri, məscid və ziyarətgahların təmir-bərpası, din xadimlərinə yaradılan şərait göz önündədir. Dindarlar da Azərbaycan vətəndaşları olaraq müstəqil dövlətimizin bu sahədə həyata keçirdiyi tədbirləri dəstəkləyir, Vətənimizin daha da qüdrətlənməsi, sabitliyin möhkəmləndirilməsi üçün çalışırlar.

 

Sonra QMİ sədrinin müavini Fuad Nurullayev çıxış edərək xanım Fatimeyi-Zəhra salamullahi- əleyhanın həyat yoluna nəzər salıb.

 

İran İslam Respublikasının Ali dini rəhbərinin nümayəndəsi Seyid Əli Əkbər Ocaq Nejad bu tarixi günün əhəmiyyətindən danışıb.

 

http://shabestan.ir/detail/News/690396

 

اقتراحات

Ad :
Email:(Vacib deyil)
Şərhin mətni:
Göndər

نظرات ارسال شده