خبرگزاری شبستان

چهارشنبه ۲۸ شهریور ۱۳۹۷

الأربعاء ٩ المحرّم ١٤٤٠

Wednesday, September 19, 2018

Servis xəbərlərinin titri

Livanın Hizbullah hərəkatının baş katibi Seyid Həsən Nəsrullah:

Trampın müharibə, xarabalıq və kütləvi qırğınla heç bir problemi yoxdur

Şəbistan Xəbər Agentliyi: Trampı müharibə və soyqırımla bağlı heç bir problemi olmayan dünyaya vurğun birisi kimi səciyyələndirən Seyid Həsən Nəsrullah, mərasimdə iştirak edən veteranlar və yaralılara belə müraciət edib: “Sizlər bu istiqamətdə (zülmlə mübarizədə) baş verənlərin canlı şahidisiniz”.

Servis Əsas səhifə Zaman :   Sunday, February 18, 2018 Xəbər kodu : 32628

Həzrət Zəhranın (s.ə) son vəsiyyəti
Həzrət Fatimə (s.ə) üzünü İmam Əliyə (ə) çevirib buyurdu: “Uzun müddətdir ki, qəlbimdə vəsiyyətləri saxlamışam”.

Həzrət Fatimə (s.ə) üzünü İmam Əliyə (ə) çevirib buyurdu: “Uzun müddətdir ki, qəlbimdə vəsiyyətləri saxlamışam”.

 

İmam (ə) buyurdu: “Ey Allah Peyğəmbərinin (s.ə) qızı! Nə istəyirsənsə, vəsiyyət et!”.

 

Bu zaman yanında əyləşdi və otağı başqalarından xəlvət etdi.

 

Xanım (s.ə) buyurdu: “Ey əmim oğlu! Evli olan zaman  məni heç bir zaman xain və yalançı görməmisən. Müştərək həyatımızın əvvəlindən səninlə səfa və vəfa yolunu getmişik”.

 

İmam (ə) buyurdu: “Allaha pənah olsun ki, düz deyirsən! Sən ən bilikli, ən yaxşı, ən təqvalı idin. Sən hər kəsdən əziz idin. Mən səninlə müxalifətlik etməkdən çəkinirdim. Sənin ayrılığın və yoxluğun mənim üçün ağırdır. Çünki dözməkdən başqa çarəm yoxdur və ona dözürəm. Allaha and olsun ki, Peyğəmbərin (s) müsibəti mənim üçün təzələndi”.

 

Bu sözlərdən sonra ağladılar və İmam (ə) Xanəm Zəhranın (s.ə) mübarək başını sinəsinə sıxdı və buyurdu: “Fatiməcan! Nə vəsiyyətin varsa, et və mən onu yerinə yetirməyə çalışacağam. Sənin işini öz işimdən üstün bilirəm”.

 

Xanım (s.ə) dua etdi və vəsiyyət etdi ki, ondan sonra Əmamə ilə evlənsin, çünki övladlarına daha yaxındır. Vəsiyyət etdi ki, cənazəsini planlaşdırdığı tabuta qoyub, sonra dəfn etmək üçün aparsınlar. Ona zülm edən heç kəs cənazəsində hazır olmasın. Onlar onun üçün namaz qılmasınlar.

 

Xanım  (s.ə) buyurdu: “Mənə gecə qüsl ver və gecə kəfənlə və gecə dəfn et. Əlican! Övladlarım yetim olacaqlar. Onlara mehribanlıq et və ürəklərini al”. (Həvzəh)

 

Həzrət Fatimeyi-Zəhradan (s.ə) yazılı şəkildə kiçik bir vəsiyyət qalmışdır ki, Məclisi “Buharul-ənvar”da onu yazmışdır. Tərcüməsi belədir: “Bu vəsiyyət Peyğəmbərin (s) qızı Həzrət Fatimədəndir (s.ə). O, Allahın tək olmasına və Muhəmmədin (s) risalətinə şəhadət verir. Şəhadət verir ki, behişt və cəhənnəm haqdır. Qiyamət gələsidir və onda şəkk yoxdur.

 

Allah o kəsləri ki, bir gün qəbirlərdə yatızdırmışdır, məbus edəcəkdir.

 

Ey Əli! Mən Peyğəmbərin (s) qızı Fatiməyəm! Allah məni sənə dünya və axirətdə həyat yoldaşı olmaqla iftixarlandırmışdır. Mənim tövbəm başqalarından daha layiqlidir. Mənə gecə qüsl ver, kəfənlə və dəfn et. Heç kəsi ondan xəbərdar etmə.

Səninlə xüdafizləşir və Qiyamətə qədər övladlarıma salam göndərirəm”.

 

/Deyerler.org/

اقتراحات

Ad :
Email:(Vacib deyil)
Şərhin mətni:
Göndər

نظرات ارسال شده