خبرگزاری شبستان

شنبه ۲۴ آذر ۱۳۹۷

السبت ٧ ربيع الثاني ١٤٤٠

Saturday, December 15, 2018

Servis xəbərlərinin titri

Ayətullah Xamenei iqtisadi problemlərin həlli üçün ciddi qərarların verilməsini tələb etdi

Şəbistan Xəbər Agentliyi: İran prezidenti, parlament spikeri, Məhkəmə Sisteminin rəhbəri və İqtisadi Kordinasiya Şurasının üzvlərinin görüşü Ali Rəhbər Ayətullah Xameneinin hüzurunda keçirilib.

Servis Əsas səhifə Zaman :   Sunday, February 18, 2018 Xəbər kodu : 32614

Boşanmadan doğan sosial təhdidlər
Şəbistan Xəbər Agentliyi: Gec evlənənlər gec də uşaq sahibi olacaqlar və yaxud da ki heç vaxt olmayacaqdır.

İranda fəaliyyət göstərən İmam Xomeyni adına elmi - tədbiqat müəssisəsinin elmi şurasının üzvü Rza Rəməzan Nərgis Şəbistan Xəbər Agentliyinin müxbiri ilə söhbətində cəmiyyətdə evlilik yaşının çoxalmasından danışdı və bunu ciddi təhdid hesab etdi.

 

 

Gənclərin ailə həyatından qaçması, bir növ subaylığa üz gətirməsinin səbəbindən və amillərindən danışan ruhani qeyd etdi: Evlilik yaşının yuxarı gedməsinin mənfi təsirlərindən də biri cəmiyyətin yuvarlaqlaşaraq azalması, yəni əhalinin sayının aşağı düşməsidir. Belə ki, gec evlənənlər gec də uşaq sahibi olacaqlar və yaxud da ki heç vaxt olmayacaqdır.

 

 

O, evlilikdən yayınma hallarının bəzi elmi və təhsil sahəsindəki fəaliyyətlərlədə əsaslandırdı və bildirdi ki, adətən elmlə məşgul olan insanlar gec ailə həyatı qururlar. İllərlə ali məktəblərdə, aspiranturalarda çalışmanlar ailə həyatı qurulmasının da gecikməsinə səbəbi olur. Daha sonra, ailə həyatı qurmaq istədikdə isə lazım olan maddi vəsaitdən və məşiət problemlərini ödəyəcək məvacibdən məhrum olurlar. Bir tərəfdən də qızların və qız tərəfinin ailəsinin yersiz intizarları çoxalmışdır. Onlar ictimai, əxlaqi, ailə səviyəsi baxımından daha yüksək seçimlərin dalıycadırlar. Məlumdur ki, bütün bu üstünlüklərin, məziyyətlərin bir nəfərdə toplanması nadir hallarda olur.

 

 

Təlaq və ayrılıqdan qorxmaq hissi də evlənməyin qabağın alır. Elə ki, boşanma halları cəmiyyətdə çoxaldı, əks tərəfdən də izdivac halları da ehtiyatla baş verir. Və bu da gecikməyə səbəb olur. Çox təəssüflər olun ki, təlaqdanda əmələ gələn ictimai qüsurlar, sosial əngəllər çoxdur. Bu cəmiyyətə güclü bir zərbə endirir.

 

http://shabestan.ir/detail/News/687728

 

اقتراحات

Ad :
Email:(Vacib deyil)
Şərhin mətni:
Göndər

نظرات ارسال شده